İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Anews.az xəbər verir ki, sərəncama əsasən Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. 1995-ci ilin yanvarın 25-də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























