• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən sərhəd xəttinə raket yerləşdirir - Bir neçə günə ən az itki ilə...

Düşmən sərhəd xəttinə raket yerləşdirir - Bir neçə günə ən az itki ilə...
29.05.2020 02:09
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Münbiçi terrorçulardan təmizləmə hərəkatının hazırlıqları tamamlanıb. 

Anews.az publika.az-a istinadla xəbər verir ki, Afrin, Azez, Cerablus, Əl Bab və Maredən gələn ASO savaşçılarının sayı 13 minə çatıb. Türkiyənin isə bölgəyə əsgər, avtomobil və silah-sursat göndərmə prosesi davam edir. Ulaşlı, Xalisə, Şeyx Nasir xəttindən başlayacaq hərbi əməliyyat cənub sərhədini əhatə edərək öncə Münbçinin mərkəzinə, daha sonra Əbu Qalqal, Sət Tişrin üzərindən Qaraqozaq bölgəsinə uzanacaq.

ASO ƏMR GÖZLƏYİR

ASO-nin mətbuat katibi Yusif Həmid birliklərinin Türkiyənin təyin etdiyi plan çərçivəsində Münbiçə daxil olacağını, hədəfin 5 min km-lik Münbiçi terroçulardan təmizləmək olduğunu açıqlayıb. O qeyd edib ki, Münbiçin bir və ikinci cəbhələrində olan PKK liderləri komandalarını orada qoyaraq qaçıblar. Mətbuat katibi ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Bred Makqarkın ölkəni tərk etməsindən sonra PKK-nın köməksiz, istiqamətsiz qaldığını deyib: "Münbiç 2016-cı ilin avqust ayında "İŞİD-dən təmizlənir" görüntüsü altında bir digər terror təşkilatı olan PKK-ya verildi. ABŞ uzun müddət minlərlə şəhər sakinini pis vəziyyətdə qoyan işğal mövzusunda təxirə salma istiqamətində irəlilədi. Ancaq bu proses başa çatdı və geridönüşü olmayan proses başladı. II Ordu və Həmzə Tuqay da əlavə qüvvə olaraq bölgəyə göndərilib. Digər hərbi qruplara da hazır olmaq çağırışı edildi. ASO türk qardaşları ilə birgə sərhəddə mövqeyini bərkitdi və yalnız "girin" əmrini gözləyir. Əsəd rejimi PKK-nın zəifliyi və Türkiyənin diplomatik uğurunu fürsətə çevirmək niyyətindədir. Bir neçə nöqtədən hücum cəhdi edildi, amma uğursuz oldu. Əsəd ilə PKK arasındakı bütün ehtimalları yox edəcəyik".

BİR NEÇƏ GÜNƏ BİTƏCƏK

ASO sözçüsü hərəkatın tarixinə dair də açıqlamalar verib: "Münbiç hərəkatı ASO və TSQ tərəfindən gerçəkləşdiriləcək. Başqa hər hansı bir qüvvə olmayacaq. PKK bütün gücünü ABŞ-dan alırdı. Pentaqonun çəkilməsi ilə onsuz da, 80 faiz məğlub vəziyyətdədirlər. Xalq hamısına nifrət edir. Ərazi şəraiti və hazırlıqlarımızı hesaba qatanda Münbiç əməliyyatının bir neçə gün içində yekunlaşacağını deyə bilərik. Bu əməliyyat Fəratın şərqi mövzusunda da əhəmiyyətli addım olacaq. Bütün hərbi tədbirlər görüldü. Allahın izni ilə bu prosesi ən az itki ilə tamamlayacağıq".

MƏNGƏNƏ BAŞLANDI

ASO "Fərat qalxanı" hərəkatı ilə terrordan təmizlənən bölgələrdəki cəbhə xətlərinə hərbi birliklər göndərib.

PKK RAKETLƏRİNİ HAZIRLAYIR

PKK isə TSQ və ASO birliklərinin hücum pozisiyasına keçdiyi Münbiç, Rəsulayn və Təl Əbyad bölgələrinə raket yerləşdirir. Afrin əməliyyatında olduğu kimi terror təşkilatı təhlükəsizlik qüvvələri, xəstəxana, məktəb və bələdiyyə binalarını hədəfləyib. Təşkilatın istifadə edəcəyi silahlar isə ABŞ-a məxsusdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol