• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Putinlə görüşdən məyus qayıtdı

Paşinyan Putinlə görüşdən məyus qayıtdı
28.12.2018 13:39
Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya səfərini başa vurub. Paşinyan Yerevanda jurnalistlərin suallarını cavablandırarkən məyusluğunu gizlətməyib. Belə ki, Moskvada nə Qarabağ, nə KTMT, nə də Rusiyadan alınacaq qazın qiyməti ilə bağlı danışıqlar aparılmayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı News.am portalı məlumat yayıb.

Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb.

"Biz, əsasən, ikitərəfli münasibətlərin gələcəkdə inkişaf perspektivlərini müzakirə etdik”, – o bildirib.

Paşinyan qeyd edib ki, görüş zamanı Qarabağ problemi ilə bağlı müzakirələr aparılmayıb.

"Bundan başqa, bizim KTMT baş katibinin namizədliyi ilə bağlı qısa müzakirəmiz oldu. Hər birimiz öz mövqeyimizi səsləndirdik”, – deyə Paşinyan əlavə edib.

Ermənistan baş naziri Putinlə Rusiyadan alınacaq qazın qiymətlərinin gələn ildən artırılıb-artırılmayacağı məsələsinin də müzakirə edilmədiyini deyib.

"Bununla bağlı heç bir qərar qəbul edilməyib. Bu məsələ ətrafında müzakirələr işgüzar qaydada davam edir. Ümid edirəm ki, bu məsələ bizim istədiyimiz qaydada inkişaf edəcək”, – Paşinyan bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol