• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli - Foto

Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqadakı oteli - Foto
28.05.2020 22:37
Xəbər verildiyi kimi, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri- oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova, bacısı Duriya Nuriyeva, bibisi qızı Aliyə Nuriyeva, digər qohumu Liana Bağırova Latviyada ən iri azərbaycanlı investorlar statusundadır. Onların adına iki şirkət qeydiyyatdan keçib-"Stamina Hospitality Services”  və "NORDİC STAMİNA”.



Bu şirkətlərdən birincisi otel, sauna və digər qonaq evlərinin işlətməçiliyi, digəri isə özünə məxsus olan və ya kirayə götürülmüş daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğuldur.


Anews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Hüseynqulu Bağırovun ailə üzvləri Liana, Sevinc və Lətif Bağırovların, eləcə də bacısı Duriyyə Nuriyevanın təsisçisi olduqları -"Stamina Hospitality Services”  şirkəti Riqada 3 ulduzlu və ailəvi "Annabella Hotel” otelini alıb. Bu oteldə qiymətlər 33 avrodan başlayır.


"Annabella Hotel” Riqanın mərkəzindən-şəhərin tarixi hissəsindən cəmi 7 km. məsafədə yerləşir(Caunes 15, Riga), Riqa aeroportundan isə 20 km. məsafədədir. Otelin 21 otağı var.


Ümumiyyətlə, şirkətlərin profili göstərir ki, Bağırovlar ailəsi Latviyada əsasən daşınmaz əmlaka yatırım edib və onların mülkiyyətində mənzillər, villalar, apartamentlər və digər otellər də ola bilər.
 
 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol