• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları niyə tərk edir? - ŞƏRH

Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları niyə tərk edir? - ŞƏRH
09.01.2019 11:02
"Bir əsgərin xidmət etdiyi ordudan qaçmasının müxtəlif səbəbləri ola bilər. Əgər söhbət Ermənistan ordusundan gedirsə, bunu ölkədəki iqtisadi problemlərə bağlamaq olar".

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

O, Ermənistan ordusunun beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyanın döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk etməsinə münasibətini bildirib.

"Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan da etiraf edir ki, Ermənistan ordusunda vəziyyət ağırdır. Buna görə orduya ayrılmış büdcənin həcmi artırılmalıdır. Bu problemlər həm də əsgərlərin gündəlik həyat və fəaliyyətinə təsir edir, xidmət səviyyələrini aşağı salır. Orduda əsgərlər ya incidilir, ya nizamnamədən kənar hərəkətlərə məruz qalır. Bir də son zamanlar erməni əsgərlər başa düşürlər ki, onlar faktiki olaraq, Qarabağda öz iradələrinə zidd olan ağır işlərə cəlb olunurlar. Ağır xidmət şəraitinə cəlb olunan, paytaxt şəhərdən gəlmiş əsgər isə çətin relyefi olan ərazilərdə dözə bilmirlər və məcbur qalırlar ki, özbaşına hərbi hissəni tərk etsinlər. Bu səbəblər konkret bilinməsə də, təxmin etmək olar ki, iqtisadi problemlər buna səbəb olur.

Ermənistan rəhbərliyində də bununla bağlı narazılıq yaranıb. Bu yaxınlarda işğalçı ordunun müdafiə naziri Mnasakanyan da vəzifəsindən uzaqlaşıb. Onun yerinə gələn isə bəzi tələblər irəli sürməyə başlayıb. Siyasi rəhbərlər tez-tez orduya baş çəkir. Bu da əsgərlərdə ruh yüksəkliyinə nail olmaq üçün atılan addımdır. Amma neçə general, rəhbər şəxs gəlsə də, onlar əsgərlərin problemlərini həll etmək gücünə qadir deyillər. Çünki iqtisadi şərait buna imkan vermir. Bu yaxınlarda elan olunan hesabata görə, Ermənistanda qeyri-döyüş vəziyyətlərində ölən əsgərlərin sayı il keçdikcə artmaqdadır. Əsgər anaları isə tez-tez Prezident Administrasiyası qarşısında, Müdafiə Nazirliyi qarşısında tələblər irəli sürürlər. Onlar bildirir ki, heç bir məqsədi, məramı olmayan fikirlərə görə öz övladlarını itirmək istəmirlər", - deyə ekspert bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol