• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!

Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!
14.01.2019 10:33
Prezidentin müşavirədəki çıxışı bir daha göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi vergi sahəsində yaradılan xaosla bağlı olub; Fazil Məmmədovun əməllərinin yenidən yada salınması həm də o deməkdir ki, keçmiş nazirin xəstəliyi onun günahlarını azaltmayıb və dövlət başçısı onu bağışlamayıb...

13 ay əvvəl qəfil işdən çıxarılan vergilər naziri Fazil Məmmədovun məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı iddialar yenidən təzələnib. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov son illər işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il) uzun aylardır ki, Azərbaycandan kənarda müalicə olunurdu. F.Məmmədov ötən ilin sonlarında Bakıya qayıtdı və dərhal da onun yenidən ağır cərrahi əməliyyat keçirdiyi xəbəri yayıldı. Onun indi harada olduğu və sağlıq durumu barədə informasiya yoxdur. Amma onun əməlləri haqda hələ də danışılır.

Prezident İlham Əliyev yanvarın 11-də nazirlərlə keçirdiyi müşavirədə vergi sahəsində dərin islahatlar aparıldığını deyib. Prezident adını çəkməsə də, Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrü yada salıb: "Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü”.


Dövlət başçısı əlavə edib ki, F.Məmmədovun nazir olduğu illərdə vergi sahəsində özbaşınalıq hökm sürüb: "Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır”. 



Dövlət başçısı qeyd edib ki, həm vergi, həm gömrük  sahələrində işləyənlərə xəbərdarlıq edilib ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. "Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar” deyə, dövlət başçısı bildirib.

Prezidentin çıxışı bir daha onu göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi F.Məmmədovun içki düşkünü yox, ən əsası vergi sahəsində yaratdığı xaosla bağlı olub. Bunu o səbəbdən yada salırıq ki, F.Məmmədovun "içki məclislərinə” görə işdən çıxarıldığı iddia olunurdu. Sabiq nazirin ətrafı mediaya hətta F.Məmmədovun tezliklə hansısa ölkəyə səfir göndəriləcəyi barədə dezinformasiyalar yayırdı. Bu, əlbəttə ki, diqqəti sabiq nazirin 17 ilik fəaliyyətindən yayındırmaq cəhdi idi. Amma yeni vergilər naziri Mikayıl Cabbarov ilk çıxışında F.Məmmədovun fəaliyyətini ciddi tənqid etməklə qərarın əsl səbəbini göstərmiş oldu. Yeni nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi.


Vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə mediada yayılmış iddialardan sonra isə F.Məmmədovun ürəyi dözmədi. F.Məmmədovun ürəyinin tutması mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf etməsi onun məsuliyyətdən yayınmaq cəhdi kimi də qiymətləndirilirdi. İddia olunurdu ki, əslində sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli-miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün "xəstələnib”. Bildirilirdi ki, F.Məmmədov "Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Dövlət başçısının yanvar müşavirəsində F.Məmmədovun əməllərini yenidən yada salması həm də o deməkdir ki, sabiq nazirin xəstəliyi onun günahlarını azaltmayıb və prezident onu bağışlamayıb. Onu da yada salaq ki, uzun illər ölkənin ən iri məmur-oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun hələ də böyük biznes imperiyası var.


"Yeni Müsavat”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol