• $
  • €
  • ₽
  • ₺
  • £

"Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir" - Politoloq

"Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir" - Politoloq
28.05.2020 22:35
Erməni politoloqu Stepan Danielyan hesab edir ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağa aid olan seçkiqabağı vədlərinin icrasından yayınır.
"Bu məsələ üzrə Paşinyanın seçkiqabağı tezisi ondan ibarət idi ki, Yerevan qarabağlılar adından danışıqlar aparmayacaq. Bir çox seçicilər öz seçimini bu tezisi nəzərə alaraq etdilər.
İndi isə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri danışıqlar aparır – Qarabağ problemini müzakirə edirlər. Nəyi müzakirə edirlər, başa düşmək olmur. Əgər aydınlaşacaqsa ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilir, bu o deməkdir ki, hakim qüvvə seçkilərdən əvvəl seçiciləri aldadıb.
Əgər hakimiyyətdə olan qüvvə Qarabağ problemi üzrə öz mövqeyini dəyişəcəksə, onda növbədənkənar parlament seçkiləri keçirilməli və o bu yeni tezislə çıxış etməlidir. Vəziyyətdən referenduma vasitəsi ilə çıxmaq alınmayacaq, bu o məsələ deyil", - deyə panorama.am Danielyanın "feysbuk"da yazdıqlarından sitat gətirib.
Analitik bildirir ki, Qarabağ mövzusu öz əhəmiyyətinə görə Seçki kodeksinə aid olan yerinə yetirilməmiş başqa çoxsaylı vədlərdən-partiyalar haqqında qanun, Konstitusiyada dəyişikliklər, Avraziya blokundan çıxmaq, pensiya yığma sistemi, talan edilmiş vəsaitlərin qaytarılması hesabına büdcənin doldurulması və s.- fərqlənir.
"Bu məsələdə onlar deyə bilməzlər ki, vəziyyət dəyişdi. Vaxtilə Şarl de Qoll seçkilərdən əvvəl Fransanın Əlcəzairi tərk etməyəcəyi ilə bağlı vəd verərək fransızları aldatdı. Ancaq seçkilərdə qələbədən sonra əksini etdi. Yəni Nikol de Qoll, Qarabağ da Əlcəzair deyil. Alınmayacaq. Yeri gəlmişkən, Paşinyan prinsipial olaraq "Artsax" adından istifadə etmir, "Qarabağ" deyir. Yəni "DQR parlamenti" (dırnaq bizimdir-virtualaz.org) iradələrini qəbul etmir. Bu isə o deməkdir ki, o artıq öz tezisindən imtina edir və Qarabağ əhalisinin qərarına hörmət edəcək", – deyə ekspert vurğulayıb.
Maraqlıdır ki, daha sonra Danielyan öz yazdıqlarını redaktə edib və son abzası çıxarıb. Ancaq erməni KİV-i onun "feysbuk"dakı postunun ilkin variantını tirajlayıb. (Virtualaz.org)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol