• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı deputat: “Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb”

Rusiyalı deputat: “Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb”
20.01.2019 19:10
"İlk öz adımdan, daha sonra Rusiya parlamentinin Azərbaycan parlamenti ilə Dostluq qrupu adından 1990-cı ilin 20 yanvar tarixində baş verən, 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli faciə ilə əlaqədər Azərbaycan xalqına başsağlığı verirəm”.
Bunu "Report”a acıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev deyib.
Deputat 20 Yanvar faciəsinə bu günə kimi dünya dövlətləri tərəfindən hələ də yetərincə diqqət ayrılmadığını qeyd edib.
"Təssüf ki, bu günə kimi faciəyə dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb və qiymət verilməyib. İnsanlar o dövrdə küçələrə çıxaraq haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparırdılar. Mən bir həftə bundan qabaq Bakıda idim və Şəhidlər Xiyabanını ziyarət etdim. Milliyyətindən asılı olmayaraq günahsız insanların öldürüldüyünü gördüm. Fikirləşdim ki, keçmiş sovet dövlətinin o dövrkü rəhbərliyi belə cinayətkar əmri necə verə bilər?” – deyə D.Savelyev qeyd edib.
Rusiya parlamentinin deputatı hazırda həm Rusiyanın, həm də Azərbaycanın rəhbərliyində güclü iradəyə malik liderlərin müasir dövrdə bu cür faciələrin bir daha təkrarlanmasına imkan verməyəcəklərini də diqqətə çatdıraraq, rusiyalıların bu faciəni xatırladığını və Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol