• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan bunu etməsə, vəziyyəti acınacaqlı olacaq - Qarabağ klanı hərəkətə keçir

Paşinyan bunu etməsə, vəziyyəti acınacaqlı olacaq - Qarabağ klanı hərəkətə keçir
22.01.2019 09:15
Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ faktorundan gözlənildiyi kimi daha da aktiv şəkildə istifadə olunur. "Daşnaksütyun” partiyası qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirib və bununla Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı "hakimiyyətə” dəstəyini nümayiş etdirib.

"Sasna çrer” partiyasının rəhbəri Jirayr Sefilyan isə Qarabağda "hakimiyyət” dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib. O, "Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi dəstəkləyəcək” deyə bildirib. S.Artsruni qeyd edib ki, bu təhlükəli nəticələrə gətirib çıxara bilər.

Bu təhlükəli vəziyyət nədən ibarətdir?

Sualın cavabını Publika.az-a politoloq Fikrət Sadıqov verib.

Politoloq bildirib ki, Nikol Paşinyanın vəziyyəti bundan sonra mürəkkəb və acınacaqlı olacaq:

"Nikol Paşinyan hakimiyyətə gələndə bir çox vədlər verdi və çalışdı Ermənistan cəmiyyətini inandırsın ki, bir sıra məsələlər yaxın gələcəkdə öz həllini tapacaq. Sosial-iqtisadi problemlər, qonşularla bütün problemlərin həlli, Dağlıq Qarabağla bağlı bir sıra yeni ideyalar, təşəbbüslər və s. Lakin cəmiyyət görür ki, heç bir irəliləyiş, dəyişiklik yoxdur. Təbii ki, Qarabağ klanı da bu sabitlikdən səmərəli şəkildə istifadə edir. Doğrudur, Qarabağ klanı hazırda o qədər də gücdə sahib bir tərəf deyil. Nəzərə alsaq ki, onlar növbədənkənar parlament seçkiləri zamanı heç 5 faiz də səs toplaya bilməmişdilər. Bu, o demək deyil ki, Qarabağ klanı yaxın gələcəkdə Paşinyanı devirəcək. Amma hər halda, Paşinyanın nüfuzuna zərbə dəyir. Paşinyan və onun ətrafını gözdən salır. Çünki Qarabağ klanı Paşinyanı tənqid hədəfinə qoyublar. Paşinyandan tələb edirlər ki, vədlərinə əməl etsin. Ondan özünü qəhrəman kimi aparmamasını istəyirlər.

Paşinyan hələ ki, hemç hökumətin siyasi prioritetlərini belə cızmayıb. Yeni hökumətinin hələ proqramı yoxdur. Hökumət nədən başlayacaq, nə il məşğul olacaq. Hansı yollarla gedəcək, xarici siyasətdə hansı addımlar atılacaq? Bunların heç biri yoxdur. Düşünürəm ki, Qarabağ klanının zəngin təcrübəsi var və bu təcrübədən yararlanacaq. Onlar əllərindən gələni edir ki, Paşinyanı gözdən salsınlar. Cəmiyyətdə də ona qarşı narazılıq sezilir. Əgər Paşinyan konkret istiqamət götürməsə, bəzi problemlərin həllini tapmasa, onun vəziyyəti mürəkkəb və acınacaqlı olacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol