• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovdan beynəlxalq təşkilatlara müraciət

Əli Həsənovdan beynəlxalq təşkilatlara müraciət
14.10.2014 16:29
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, 2014-cü ilin iyul ayında Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı  mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən,  Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir. Hal-hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması  məqsədi ilə Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Baş katibinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasının Vitse-prezidentinə, Avropa Şurasının Baş katibinə və ATƏT Baş katibinə müraciətlər ünvanlanıb. Müraciətdə Ə. Həsənov bildirib ki, Erməni tərəfi bu dinc vətəndaşları yalandan və əsassız şəkildə təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində girovdur və orada qeyri insani rəftara məruz qalırlar: “Ermənistanda saxlanılan şəxslərin məsələsi siyasiləşdirilmədən humanitar prinsiplər əsasında tezliklə öz həllini tapmalıdır.  Lakin açıq şəkildə beynəlxalq humanitar hüququn prinsiplərindən irəli gələn öhdəliklərini kobudcasına pozan Ermənistan, sözügedən mülki şəxslərin Azərbaycana qaytarılmasından imtina edir. Hesab edirik ki, BMT-nin sözügedən mülki vətəndaşların Azərbaycana qaytarılmasına köməklik göstərməsi üçün mandatına və beynəlxalq humanitar hüququn və insan haqlarının tələblərinə uyğun olaraq geniş imkanları mövcuddur. Azərbaycan hökuməti Bеynəlxalq Qızıl Xaç Komitəsinin bu məsələnin həll edilməsi üçün göstərdiyi səylərinə hörmətlə  yanaşır və Bейнялхалг Гызыл Хач Комитясинин Azərbaycandakı Nümayəndəliyi ilə problemlə bağlı müntəzəm təmasdadır. Lakin Ermənistan hökumətinin məsələdə tutduğu destruktiv mövqeyi və 1949-cu il Cenevrə Konvensiyaları və BMT-in insan hüquqları üzrə Konvensiyası  ilə üzərinə düşən imperativ xarakterli öhdəliklərin icrasından boyun qaçırması Bеynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə səylərimizin nəticəsiz qalmasına səbəb olur. Yuxarıda qeyd edilənləri və Birləşmiş Millətlər Təşkilatının mandatının əsas məqsədlərindən birinin humanitar hüququn və insan haqlarının təşviq олунмасы və ona riayətin təmin edilməsi olduğunu nəzərə alaraq,  Azərbaycan tərəfi yaranmış problemin həll edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının  nüfuzundan istifadə edərək Ermənistan hökumətinə öz öhdəliklərinin yerinə yetirilməsi üçün təsir etməyə çağırır”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol