• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusu ilə müharibədə… - Ermənistandan şok iddia

Azərbaycan ordusu ilə müharibədə… - Ermənistandan şok iddia
29.01.2019 14:17
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının yeni rəhbərliyi çətin ki, müvafiq sahədə işlərin durumunu dəyişdirə bilsin.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda erməni hərbi eksperti Van Ambartsumyan bildirib.

O qeyd edib ki, bu komissiya həmişə olub, ancaq onların gördüyü faydalı işə rast gəlinməyib. Ekspert bildirib ki, komissiyanın yeni sədri Andranik Koçaryanla yaxın vaxtlarda görüşmək və ona vəziyyətlə bağlı öz fikirlərini çatdırmaq, o cümlədən orduda hərbi texnikanın müasirləşdirilməsi üzrə təkliflər vermək niyyətindədir.

Ambartsumyan vurğulayıb ki, onun fikrincə, Ermənistan ordusunda qəribə hadisələr baş verir. Onun sözlərinə görə, Qarabağ müharibəsində iştirak edən böyük praktik təcrübəyə malik kadr zabitlər ordudan uzaqlaşdırılırlar.

"Eyni zamanda, yüksək ixtisaslı kadrları Müdafiə Nazirliyində işdən çıxarırlar. Onların döyüş təcrübəsi qiymətsizdir. Onlar erməni ordusunun formalaşmasında ölçüyəgəlməz töhfə veriblər, Azərbaycan Silahlı Qüvvələri ilə müharibənin real təcrübəsinə malikdirlər. İndi bu kadrlar müvafiq təcrübəyə və biliyə malik olmayan insanlarla əvəz edirlər”, - ekspert söyləyib.

Hərbi ekspert əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 5 il müddətə ordunun ehtiyaclarını ödəmək üçün əlavə 2,5 milyard dollar ayıracağı ilə bağlı vədinə inanmır. Onun sözlərinə görə, ölkənin bu həcmdə maliyyə vəsaiti yoxdur. Ekspert hazırkı büdcənin azaldılacağını istisna etməyib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol