• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Abdullayevin anası prezidentə müraciət etdi - Mətn

Hüseyn Abdullayevin anası prezidentə müraciət etdi - Mətn
29.05.2020 08:45
Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət edib. 

Anews.az xəbər verir ki. o, müraciətinin sürətini "Qafqazinfo”ya təqdim edib. Həmin müraciətdə Z. Abdullayeva ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib. 

Onun müraciətini olduğu kimi təqdim edirik:

"Mən Sizə bir Azərbaycan qadını, ömrünün çox hissəsini yaşamış bir yaşlı və dərdli ana kimi müraciət edirəm. Mənim oğlum - Abdullayev Hüseyn Abbas oğlu 2018-ci ilin aprel ayında Türkiyədə olarkən saxlanıraq Azərbaycana gətirilib və ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sizə də yaxşı məlumdur ki, oğlum Hüseyn Abdullayev həmişə Ümumilli Liderimiz, bütün qəlblərdə həmişəyaşar olan mərhum Heydər Əliyevin yanında olmuş, həmişə onun göstərişlərini can-başla və vicdanla yerinə yetirmiş və daim bununla fəxr etmişdir. O insan həyatda xoşbəxtdir ki, o, Heydər Əliyev kimi dahi bir azərbaycanlının göstərişlərini icra etsin və onun müsallah əsgəri olsun. Mənim oğlum Hüseyn həmişə həyatında Heydər Əliyevçi olmağı ilə qürur duyub.

Müəyyən mənfur və düşmənə xidmət edən qüvvələr həmişə Sizin həyata keçirdiyiniz uğurlu işlərinizə və qanuni hakimiyyətinizə kölgə salmaq istəyir. Lakin xalqın Sizə olan sevgisi həmin şəxslərin planlarını həmişə puç edib və onların çirkin niyyətləri ürəklərində qalıb.

Avropada olan bəzi şəxslərin Sizə, Azərbaycan hakimiyyətinə və bu xalqa qarşı apardığı kampaniyanın guya, Hüseyn Abdullayevin maliyyələşdirməsi ilə bağlı yayılmış informasiyalar yalan və cəfəngiyatdır. Mənim Sizə müraciətim oğlumu müdafiə etməkdən çox Sizə, Heydər Əliyev yoluna olan sevgimizi göstərmək və bu yoldan dönməyəcəyimizi bəyan etmək məqsədi daşıyır.

Möhtərəm cənab prezident, Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşam. Bütün bunlar mənə ümid verir ki, oğlum Hüseyn Abdullayev barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mənim ahıl yaşda olmağımı və oğlumun səhhətində yaranmış problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən bir daha xahiş edirəm.

Cənab prezident, mən Sizin humanizminizə və ədalətinizə inanaraq əvvəlcədən minnətdarlıq bildirirəm”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol