• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın Qarabağ hiyləsi: çirkin niyyət və anormal manevr

Paşinyanın Qarabağ hiyləsi: çirkin niyyət və anormal manevr
07.02.2019 09:05
"Paşinyanın vaxt udmaq niyyəti göz qabağındadır. Bunu təsdiq etmək məcburiyyətindəyik. Çünki Ermənistanda parlament seçkiləri də keçirildi. Seçkilərdən sonra qeyri-rəsmi danışıqlara da başlanıldı. O, dövlətlərin təhriki ilə danışıqlara getdi, ancaq burada da son dərəcə qeyri-konstruktiv mövqe tutaraq vaxtı uzatmağa hesablanmış manevrlər etdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.

Q.Hüseynli bildirib ki, Paşinyanın bu manevrləri siyasi dairələrdə çox murdar təəssürat oyadıb:

"Eyni zamanda, onun bəsit davranışları da təqdir edilmədi. Amma hər halda, özünü möhkəmlətmək, nəfəs almaq üçün müəyyən qədər zaman qazana bildi.

Paşinyanın bəyanatları erməni ictimai rəyinin aldadılmasına istiqamətlənib. Çox qəribə və heç bir məntiqə sığmayan iddialar qaldırır və deyir ki, danışıqlarda əsas tərəf guya Qondarma Dağlıq Qarabağ rejimidir. Ermənistan onun adından çıxış edə bilməz. Lakin torpaqları işğal edən Ermənistan və onun kənar havadarlarıdır. Qarabağda yaşayan 60-70 min dılğır erməni nə ordu yarada bilərdi, nə də Azərbaycanın ərazilərini işğal edə bilərdi. Yəni bütün proseslərin subyekti Ermənistan və onun silahlı qüvvələridir. Onun təcavüzkar dövlət olduğunu əksəriyyət qəbul edir. İndi onun başçısının ortaya belə bəsit formada Dağlıq Qarabağı tərəf kimi atması çox qəribə səslənir. Belə məntiqlə hər hansı danışıqlar prosesini həyata keçirmək mümkünsüz görünür. Xüsusilə də onun "Ermənistanın bu məsələlərdə Dağlıq Qarabağın əvəzinə çıxış etməsinə mənəvi haqqı yoxdur” kimi iddialar səsləndirməsi sözün həqiqi mənasında tərbiyəsizlik əlamətidir. Çünki ortada 25 ildən çoxdur ki, davam edən danışıqlar prosesi var. Bu danışıqlar prosesinin tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır. ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri mövcuddur. Üç dövlət bu məsələlərdə hər zaman subyektlərin kim olduğunu qəbul edib. İndi birdən-birə hər şeyi alt-üst edib, üzərindən xətt çəkməklə yeni iddiaların irəli sürülməsi həqiqi mənada anormal hərəkətdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol