Paşinyanın Qarabağla bağlı yeni "gizlənpaç oyunu"

Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi. 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiqləyib. Belə ki, xarici siyasət sahəsində bir neçə diqqətçəkən aspekt var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində "Artsax"ın (Dağlıq Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir.
Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır. Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb.
"Təəssüflər olsun ki, Paşinyan xalqını hələ də nağıllarla yedizdirir. Çünki son aylar ərzində xalqların sülhə hazırlanması ilə bağlı mesajlar praktiki addımlarla ziddiyyət təşkil edir. Dağlıq Qarabağ erməniləri əslində Qarabağ xalqı kimi qələmə verilir. Amma burada yalnız erməni icmasından söhbət gedə bilər.
Paşinyan bu icmanı danışıqlar prosesində tərəf kimi təqdim etməyə çalışır. Lakin gerçəklik bundan ibarətdir ki, bu icma danışıqlar prosesinin tərəfi kimi çıxış edə bilməz, yalnız Azərbaycanın Qarabağ icması isə müəyyən müzakirələr apara bilər. Çünki burada Dağlıq Qarabağın taleyindən söhbət gedir. Belə vəziyyətdə hər iki icmanı nəzərdə tutmalıyıq. Ermənistanın keçmiş hakimiyyətinin prioritetlərinin yeni hökumətin proqramında olduğu kimi əks etdirilməsi ondan xəbər verir ki, Paşinyan hakimiyyəti köhnə illüziyalardan tamamilə azad olunmayıb. Bu xülyalarla hələ də yaşayır və düşünür ki, belə yanaşmaların hansısa potensialı var. Bəlkə də Ermənistan cəmiyyəti də bunu qəbul edir. Lakin dünya reallığı bunu qəbul etmir. Yaxşı, deyək ki, Paşinyan Azərbaycan tərəfinin fikirlərini qəbul etmir, lakin burda təkcə bizim yox, digər oyunçuların – Minsk qrupunun həmsədrlərinin yanaşması da var. Minsk qrupu bildirir ki, ən azı bir neçə rayon azad olunmalıdır. Rusiya, ABŞ məsələyə qarışır, Dağlıq Qarabağın ətraf ərazilərinin qaytarılması məsələsini dilə gətirirlər. Lakin Paşinyan yenə də bu ölkələrlə gizlənpaç oynayır. Yaxud da reallıqları qəbul etməkdə əziyyət çəkir. Son nəticədə isə Dağlıq Qarabağ konfliktinin mürəkkəbləşməsinə gətirib çıxarır. Halbuki tərəflər arasında gərginliyin azalması və müəyyən nəticəyə gəlməklə bağlı razılaşmalar vardı".
Politoloq bildirdi ki, Ermənistanın yeni proqramında Türkiyə ilə bağlı dəyişikliklərin olmaması normaldır:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























