• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm"

İlham Əliyev: "Bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm"
13.02.2019 09:52
Bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim”. 

Bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib:

"Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq. 

Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var...

Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq və Azərbaycanı geridəqalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bu təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı güclü, müasir dövlət kimi tanıtdırırıq. Ölkə haqqında həqiqətləri çatdırırıq. 

İkinci səbəb odur ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilmiş toplantılarında həm görülmüş işlərə qiymət verilir, ən önəmlisi isə görüləcək işlər haqqında danışılır. 

Bugünkü müsahibəmiz də göstərir ki, mən həmişə Azərbaycan mətbuatına açıq olmuşam, bundan sonra da belə olacaq". 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol