• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı

Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı
16.02.2019 10:19
Rusiya mətbuatı iddia edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gizli danışıqlar gedir. Bu iddiaya əsas olaraq isə münaqişə ətrafında vəziyyətin dəyişməsini, tərəflərin hərbi bəyanatlardan nisbi sakitliyə keçməsini göstərirlər: "Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər”.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq, sabiq diplomat Fikrət Sadıxov isə bildirir ki, həqiqətdə belə bir şey yoxdur:

"Ermənistanla Azərbaycan arasında heç bir gizli danışıq getmir. Bütün danışıqlar rəsmi şəkildə Minsk qrupunun həmsədrləri vasitəsilə aparılır, ya da nazirlərin təkbətək görüşləri keçirilir. Artıq xarici işlər nazirləri bir neçə raund görüş keçirib. Dövlət başçımız da Davosda Ermənistanın baş naziri ilə saat yarım söhbət edib. Rəsmi İrəvanın ziddiyyətli bəyanatlarına baxmayaraq, müsbət dinamikanın elementləri hiss olunur. Amma nəticələr haqqında nəsə demək hələ ki, tezdir.


Armen Sarkisyan Almaniyada çıxış edərkən bildirib ki, tərəflərin münaqişəni həll etmək üçün sülhdən başqa yolu yoxdur. Bu, bizim üçün Amerikanı yeni kəşf etməkdir. Lakin biz özümüz də istəmərik ki, Qarabağda yenidən müharibə alovlansın. Elə buna görə də 25 ildir, danışıqlar formatındayıq. Ona görə biz uzun illər ərzində çalışırıq ki, diplomatik, dinc yolla bu məsələni həll edək. Ermənistan isə nə torpaqları azad edir, nə münaqişənin həllinə maraq göstərir, nə də ki, beynəlxalq hüquq normalarına əməl edir. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər erməni tərəfi müharibənin alovlanmasından narahatdırsa, onda bunu nəzərə alaraq nəticə çıxarmalıdırlar”.

Politoloq bildirib ki, Armen Sarkisyanın bu çıxışını Ermənistanın geri addımı kimi dəyərləndirmək olmaz:

"Açıq deyim, mən bu çıxışı müsbət addım kimi dəyərləndirə bilmərəm. Çünki burada niyyət başqa da ola bilər. Əgər Ermənistan düşünürsə ki, müharibənin alovlanmaması üçün torpaqları azad etmək lazımdır, o zaman bu çıxışı müsbət dəyərləndirmək olar. Amma əgər hesab edirlərsə ki, torpaqlar azad olunandan sonra Dağlıq Qarabağda müstəqil bir dövlət qurulacaq və bu məsələ yekun mərhələsinə gəlib çatacaq, o zaman yanılırlar. Mən bu həqiqətləri nəzərə alıb bu yanaşmanı irəli sürürəm”.

Fikrət Sadıxovun sözlərinə görə, Armen Sarkisyanın bu çıxışı Nikol Paşinyanla arasında dərin ziddiyyət yaratmayacaq:
"Onların məsələyə yanaşma forması başqa cür olsa da, məzmunca eyni fikirləri səsləndirirlər. Sarkisyan daha yumşaq ifadələrlə fikirlərini çatdırır. Paşinyan isə daha ziddiyyətli və sərt bəyanatlar səsləndirir.
Amma hər bir halda, onlar Dağlıq Qarabağı müstəqil dövlət kimi görmək istəyirlər. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək”.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol