Rusiyaya işləməyə gedən azərbaycanlılar imtahan verəcək

2015-ci il yanvarın 1-dən Rusiya Federasiyasındakı bütün miqrantlar iş almaq üçün rus dilindən, həmçinin Rusiya qanunvericiliyi və tarixindən imtahan verməli olacaqlar.
Oxu.Az xəbər verir ki, mütəxəssislər testdən keçmək baxımından uzun növbələrin yaranmasının qarşısını necə almaq barədə düşünürlər. Məsələn, miqrantlar imtahanı birbaşa iş yerində verə bilərlər, “İzvestiya” qəzeti oktyabrın 8-də yazıb.Rusiya Xalqlar Dostluğu Universitetinin əlavə təhsil üzrə prorektoru Anjela Doljikovun sözlərinə görə, xüsusi yaradılmış mobil qruplar işəgötürənlərlə əlaqədə çalışacaqlar. Artıq 8 belə qrup yaradılıb.Bir müəssisəyə 2-4 imtahançı göndəriləcək. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























