• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli Prezidentin sərəncamından danışdı - Hər ailənin büdcəsinin...

Hadi Rəcəbli Prezidentin sərəncamından danışdı - Hər ailənin büdcəsinin...
26.02.2019 09:56
"Prezident İlham Əliyev bu gün keçirdiyi müşavirədə 2019-cu ildə sosial müdafiə məsələlərində çox fərqlənən bir il olacağını dedi. Bildirdi ki, bunun üçün bizim iradəmiz də var, sosial siyasətimiz də var”.

Anews.az xəbər verir kii, bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Müşavirədən sonra müvafiq sərəncamın imzalandığını qeyd edən H. Rəcəbli sərəncamın demək olar ki, bütün sosial qrupa aid insanları əhatə etdiyini deyib: "Bu günlərdə problemli kreditlərlə bağlı da müvafiq addım atılacaq”.

Komitə sədri nəzərə çatdırıb ki, 2 milyon 200 min insan həmin sosial müdafiə qruplarında əhatə olunacaq: "Bu insanların sosial müdafiəsi hiss olunan dərəcədə yaxşılaşacaq. Görürsən ki, ailələrdə bir işləyən, bir əlil, bir işləyən, bir ahıl var, uşaq, ana var. Bu, bütövlükdə ailə büdcəsinə böyük miqdarda vəsaitin gəlməsinə səbəb olacaq. Bu addımın müsbət təsiri bütün ailələrdə hiss olunacaq. Ailə büdcəsi 40-50 faiz civarında artır. Bu isə insanların sosial güzəranının artmasına xidmət edəcək”.

H. Rəcəbli qeyd edib ki, Prezident İlham Əliyev bu gün keçirilən müşavirədə müxtəlif mənbələrdən əlavə 105 milyon, 80 milyon və 20 milyon manat gəlirin daxil olduğunu açıqlayıb: "Yəni iqtisadiyyat inkişaf edə-edə bu vəsaitlər büdcəyə daxil olur. Bütün bunlar prezidentin apardığı iqtisadi və sosial siyasətdə olan ardıcıl, sistemli işin nəticəsidir. Bu gəlirlər olmasaydı, bu sosial addımı da atmaq mümkün olmazdı. Beləliklə, bütün bu qruplarda artım ailə büdcəsində artıma gətirib çıxaracaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol