• $
  • €
  • ₽
  • ₺
  • £

“Lazım olsa hücum edəcəyik” – Ermənistan müdafiə naziri müharibədən danışdı

“Lazım olsa hücum edəcəyik” – Ermənistan müdafiə naziri müharibədən danışdı
26.02.2019 16:11
"Əgər söhbət hərbi əməliyyatların bərpasından gedirsə, onda biz ləngiməyəcəyik”

 Ermənistan silah aldığı zaman kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. 

Nazirin sözlərinə görə, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə oluna bilməz. Məhz buna görə Ermənistan keyfiyyətə önəm verəcək. 

Tonoyan əlavə edib ki, Ermənistan hücum silahları almağa davam edir. İndi çox şey dəyişir – psixologiya, müdafiə siyasətini qurmağa dair yanaşmalar.

O vurğulayıb ki, təcrübəyə əsasən, daima müdafiədə olan ordular son nəticədə məğlub olur: "Biz müdafiə mövqeyində qalmağa hazırlaşmırıq. Əgər söhbət hərbi əməliyyatların bərpasından gedirsə, onda biz ləngiməyəcəyik”.

"Ermənistan ordusu hücum edəcəkmi?” sualına cavab olaraq nazir cavab verib: "Niyə də yox!”.

Tonoyan, həmçinin əlavə edib ki, rəsmi Yerevan silah almaq üçün Rusiyadan 100 milyon dollar dəyərində yeni kredit götürməyə hazırlaşır. Bu silahlar silahlanma yarışına girmədən (Azərbaycanla –red.) qoyulmuş hədəfləri yerinə yetirməyə imkan verir. Hansı silahların alınması isə hələlik hərbi sirdir.    /sputnik.az/

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol