• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalıdan olan ana Prezidentdən kömək istədi: Həbsdə olan övladına görə

Xocalıdan olan ana Prezidentdən kömək istədi: Həbsdə olan övladına görə
27.02.2019 17:59
Xocalı sakini Məmmədova Narxanım Heydərəli qızı AZXEBER.COM-a ünvanladığı məktubunda Prezident İlham Əliyevə müraciət edib. 


Müraciətdə deyilir:


"Hörmətli Cənab Prezident!


Mən və ailəmin taleyinə iki dəfə qaçqınlıq və məcburi köçkünlük yazıldı. İlk dəfə 1988-ci ildə Qərbi Azarbaycanın Göyçə mahalından yurd-yuvalarımızdan didərgin salındıq. Ailə üzvlərimlə çöllərə düşdük. Bu qaçqınlıqda 1973 -cü il təvəllüdlü oğlum Məmmədov Sərvəri faciəvi şəkildə qətlə yetirdilər. Digər 8 nəfər ailə üzvümlə Xocalıya pənah gətirdik. Erməni zülmünü dərindən görmüş bir ailə olaraq bunu yenidən yaşadım. 1992-ci il 26 fevral tarixində  Xocalı erməni terrorçuları tərəfindən mühasirəyə alınanda 8 nəfər ailə üzvümlə birlikdə düşmənə girov düşdük. Girovluqda olduğumuz müddətdə həyat yoldaşımın və iki böyük oğlumun azərbaycanlı əsirlərin gözləri  qarşısında erməni qəbri üstündə başlarını kəsiblər. Bu vəhşiliyi məhz ailəmə qarşı erməni terrorçuları edib. Həmin gün 1981-ci il təvəllüdlü oğlum Məmmədov Əhmədin doğum günü idi. Bunu bilən ermənilər 11 yaşlı körpənin əlinin içindən avtomatla atəş açdılar. Bütün azərbaycanlı əsirlərin gözü önündə bir həftə əsirlikdə olduğumuz müddətdə insanlığa xas olmayan işgəncələrə məruz qaldıq özüm kürəyimdən,  digər oğlum Mürvət ayağından güllə yarası almışıq, bir həftə sonra 80 nəfər yaralı azərbaycanlı əsir-girovu ermənilər tərəfindən döyüşən muzdlu zəncinin meyiti ilə dəyişdilər. Həmin vaxt mən və 4 yaralı övladım da dəyişdirildik.


Fürsətsən istifadə edib möhtərəm Prezidentimizə və onun xanımı, çox hörmətli Mehriban Əliyevaya müraciət edirəm. Yuxarıda qeyd etdiyim 1981-ci il təvəllüdlü oğlum Məmmədov Əhməd  Məmməd oğlu 17 dekabr 2014-cü ildə evlənmək məqsədilə öz xalası nəvəsini qaçırtmağa cəhd edib. Qızqaçırma bizim dədə-baba adətimizdi, amma oğlum bunun qanunumuzda adam oğurlanması sayıldığını bilməyib. Buna görə oğlumu 17 dekabr 2014-ci il tarixli məhkə hökmü ilə Cinayət Məcəlləsinin 29,144.2.3.maddasi ilə təqsirli bilib 8 il azadlıqdan məhrum ediblər. Hal-hazırda 2 saylı cəzaçəkmə məntəqəsində cəza çəkir. Gözüyaşlı, övladları, həyat yoldaşı şəhid olmuş, özü və digər ailə üzvləri fiziki sağlamlıqlarını itirmiş ana olaraq xahiş edirəm ki, oğlumun çəkilməyən 2 il yarım cəzası şərti cəzaya çevrilsin.


Son altı ildə oğlum Xocalı faciəsinin ildönümünü həbsxanada keçirir. Qarşıdan Novruz bayramı gəlir. Hər il bayram ərəfəsində yüzlərlə məhbusun azadlığa buraxılması üçün əfv sərəncamı imzalayıb ailələri sevindirirsiniz. Biz də mart ayında bu sevinci yaşamaq istəyirik. Öncədən sizə özüm və ailə üzvlərim adından minnətdarlıq edirəm".
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol