• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı

Paşinyan İlham Əliyevlə görüşəcəyini açıqladı
28.02.2019 10:41
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib.

Anews.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, Paşinyan əlavə edib ki, bu görüşdə "gündəm olmayacaq”.

Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın "subyektliyinin səviyyəsinin artırılmasıdır”.

"Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, amma onun əsas istiqaməti danışıqlar formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılığa gəlməmişik, indiyə qədərki təmasları rəsmi danışıqlar adlandırmaq olmaz”-o bildirib.

Paşinyan bir daha təkrarlayıb ki, o Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var.

Bundan əvvəl Paşinyan açıqlamışdı ki, Davosda Əliyevlə görüşündə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırıb. Amma Azərbaycan prezidenti buna etiraz edib, bildirib ki, belə olsa o zaman gərək regionun azərbaycanlı icması da danışıqlara qatılsın.

Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəlişindən bu yana təxminən 10 aydır ki, eyni tezisi təkrarlamaqdadır və Dağlıq Qarabağın danışıqlarda subyekt kimi iştirakına nail olmağın perspektivsizliyini bildiyi halda bu mövqeyini hər fürstədə təkrar edir. Bu baxımdan belə qənaət formalaşmaqdadır ki, Paşinyan əslində həmin tezisi münaqişə ətrafındakı status-kvonu daha bir müddət uzatmağa hesablanmış bəhanə kimi istifadə edir. Nəticədə münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınır. Bu isə uzun müddət belə davam edə bilməz.

Digər tərəfdən Ermənistanda keçmiş kriminal rejimə bağlı qüvvələr Paşinyanın hər addımını təqib edir və onun ərazilərin qaytarılması hesabına hər hansı sülh variantına getmək səlahiyyətinin olmadığını bildirir. Elə iki gün əvvəl Yerevanda bir çox keçmiş səhra komandirlərinin və əvvəlki rejimə bağlı qüvvələrin iştirakı ilə "bir qarış da olsun torpaq qaytarmarıq” şüarı altında aksiya keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol