• $
  • €
  • ₽
  • ₺
  • £

Problemli kreditlər, maaş və pensiya artımları... - Prezidentdən inqilabi islahatlar

Problemli kreditlər, maaş və pensiya artımları... - Prezidentdən inqilabi islahatlar
28.02.2019 18:29
Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının həyata keçirdiyi son islahatlar vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, dövlət qurumları ilə ictimaiyyət arasında sağlam münasibətlərin qurulması və vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.



AZXEBER.COM Prezident İlham Əliyevin yanvar və fevral aylarında həyata keçirdiyi islahatlarla bağlı vacib məqamları təqdim edir:


- Prezident İlham Əliyevin bu gün imzaladığı fərman vətəndaşların 10 min dollaradək olan kreditlərinin dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsməsini özündə ehtiva edir. Əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq. Azərbaycanın 800 mindən artıq vətəndaşına şamil olunacaq bu fərman illərdir vətəndaşları narahat edən problemli kreditlər məsələsinin həlli istiqamətində inqilabi nəticə sayıla bilər.


- Prezident İlham Əliyevin pensiya və sosial müavinətlərin artırılması ilə bağlı fərmanı cəmiyyətin aztəminatlı hissəsinin sosial problemlərinin həlli, onların sosial rifah halının yüksəldilməsi baxımından mühüm qərarlardan biridir. Yüzminlərlə ölkə vətəndaşını əhatə edən fərmandan sonra ölkədə minimum pensiya 116 manatdan 160 manata, sosial müavinət isə 150 manata qaldırıldı. Eyni zamanda uşağın anadan olmasına görə ("süd pulu”) sosial müavinətin  məbləği 200 manata çatdırıldı. 


- Prezident İlham Əliyev minimum əməkhaqqının da artırılması ilə bağlı fərman verdi. Dövlət başçısının fərmanı ilə ölkədə minimum əməkhaqqının məbləği 130 manatdan 180 manata qaldırıldı. Bu qərar əslində minimum əməkhaqqının artırılmasını nəzərdə tutsa da, heç şübhəsiz ümumi əməkhaqqının artımına yol açdı. İqtisadiyyatdan az-çox məlumatlı olan hər kəs bilir ki, məvaciblərin müəyyənləşməsi minimum əməkhaqqının fonunda formalaşır və bu fərman bütün sahələrdə maaşların artımına zəmin yaradır.


- Prezident İlham Əliyevin daha bir fərmanı  ilə Sosial Tədqiqatlar Mərkəzi təsis edildi. İctimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədlərini həyata keçirəcək bu qurumun yaradılmasına sıradan bir təsisat kimi yox, dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində əhəmiyyətli hadisə kimi yanaşmaq lazımdır. 


- Prezident İlham Əliyevin hazırda həbsdə olan məhkum Mehman Hüseynovun və hüquq müdafiəçilərinin müraciətinə cavab olaraq onun gənc olmasını, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Azərbaycan Baş Prokurorluğuna etdiyi tövsiyyəyə müsbət cavab verildi və bununla M.Hüseynovun cinayət işi üzrə məsələ xətm olundu. Əslində bu önəmli ictimai hadisə olmasa da, bu məsələdən ölkəmizə qarşı sui-istifadə edən daxili və xarici qüvvələrə layiqli mesaj oldu. Bu bir daha sübut etdi ki, ölkə vətəndaşlarının problemlərinin həllini xaricdə yox, daxildə axtarmaq lazımdır və yalnız bu yolla məsələnin həllinə nail olmaq mümkündür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol