• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva daha bir açılış mərasimində

Mehriban Əliyeva daha bir açılış mərasimində
03.10.2014 22:08
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Yasamal rayonunda yeni inşa edilən körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.AzərTac xəbər verir ki, Azərbaycan dövlətinin siyasəti ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra tədbirlər görülüb. Bu ilin fevral ayında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Təqdimat zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb. İlkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyi, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilib, yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Qeyd olunub ki, Fond tərəfindən icra olunan digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla həyata keçiriləcək. Yasamal rayonunda inşa edilən körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait yaradılıb.Diqqətə çatdırıldı ki, üçmərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Bir sözlə, körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol