• $
  • €
  • ₽
  • ₺
  • £

“Onun erməni kəşfiyyatı ilə əlaqədə olduğu bəlli idi” – Deputat

“Onun erməni kəşfiyyatı ilə əlaqədə olduğu bəlli idi” – Deputat
05.03.2019 09:39
Plüralizm, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və sair kimi məsələlər beynəlxalq güc mərkəzlərinin milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri ən effektiv silahdır. Bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək, dəyərsizləşdirilir və qlobal imperializm bunu öz məqsədlərinə çatmaq üçün edir.

Anews.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin özləri ən çox hüquq və azadlıqları pozan ölkələrdir:

"Onlar öz milli mənfəətlərini, imperialist maraqlarını təmin etmək üçün istismar obeykti kimi müəyyənləşdirdikləri ölkələrə xüsusi təzyiq, yaxud elə siyasi şantaj mexanizmi formalaşdıraraq onun adını bəzən beynəlxalq hüquq müdafiə təşkilatları, bəzən beynəlxalq və regional təşkilat, bəzən isə söz və vicdan azadlıqları təşkilatları qoyurlar. Ancaq bunların əsl məqsədi hüquq və azadlıqların qorunması deyil, qeyd etdiyimiz kimi bəzi ölkələri nəzarət altında saxlamaqdır. Fəxrəddin Abbaszadənin həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istismarçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsidir”.

H.Babaoğlu qeyd edib ki, F.Abbaszadə Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır və Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib, sentyabrın 6-da Rusiyada saxlanılıb:

"Onun haqqında hələ 2018-ci il iyulun 12-də Səbail rayon məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib. O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar edib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu da bəllidir. Dəfələrlə işğalçı Ermənistanın paytaxtı İrəvan şəhərində müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib.

Bütün bunlar isə ölkəmizin milli təhlükəsizliyini təhdid etməklə konkret cinayət tərkibli hərəkətlərdir və hamı çox aydın dərk etməlidir ki, Azərbaycan qanunlarını pozan, onun milli təhlükəsizliyini təhdid edən hərəkətlərə kim yol veribsə, mütləq gec-tez cəzalandırılacaq.

Ona görə də burada etnik mənsubiyyət, ya da hansısa azadlıq, hüquq axtarmaq yersizdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır. Bu hadisəni siyasiləşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol