• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın yeni oyunu, Qarabağda dəhşətli müharibəyə doğru - Politoloq açıqladı

Paşinyanın yeni oyunu, Qarabağda dəhşətli müharibəyə doğru - Politoloq açıqladı
06.03.2019 09:03
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib.

"Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub. Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?”-, nazir qeyd edib.

E.Məmmədyarovun bu çıxışını Publika.az-a şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, nazir haqlı olaraq bu sualı İrəvana ünvanlayır. Çünki Ermənistanın baş naziri danışıqlar masasına oturmaqdan boyun qaçırır:

"Son aylar ərzində tərəflər intensiv olaraq danışıqlar aparırdılar. Hətta bu ərəfələrdə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü planlaşdırılırdı. Lakin Ermənistan tərəfindən səsləndirilən son bəyanatlar göstərdi ki, onlar bu görüşə hazır deyil. Paşinyan bütün imkanlarından istifadə edərək danışıqlara getmək istəmir. Niyə? Çünki son aylar ərzində danışıqlar prosesində Azərbaycanın maraqlarına uyğun müəyyən müsbət irəliləyişlər qeydə alınıb. Həmin nəticələr Minsk qrupu tərəfindən qaralama mətni şəklində qeyd edilərək saxlanılıb. Və danışıqlar prosesinin yeni mərhələsinin başlanmasını bu qaralamaların üzərində aparmaq niyyətində olduqlarını deyiblər. Məsələ burasındadır ki, münaqişə tərəfləri buna razılıq verməlidirlər. Azərbaycan tərəfi bu və ya digər şəkildə, şərti olaraq yeni gündəmlə razılaşıb. Amma Ermənistan tərəfi razılıq verməyib. Çünki gündəmdə Azərbaycanın Qarabağ icmasının danışıqlar prosesində yer alması təklif edilir və onlar burada Ermənistan icması ilə danışıqlar aparmağa imkanlar qazanırlar. Doğrudur, Azərbaycan-Ermənistan formatı dəyişmir. Amma burada həm də hər iki ölkənin nümayəndə heyəti tərkibində Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının iştirakı nəzərdə tutulur. Ermənistan bu formatı bəyənməyib. Məhz buna görə də Paşinyan masaya oturmaqdan boyun qaçırır. Belə vəziyyətdə, əlbəttə ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsdərlərinə üz tuta bilər. Ermənistanın qeyri-konstruktiv mövqedən çıxış etməsini göstərməklə aşkarlanır ki, bütün hadisələrin mənfi yönə doğru inkişafının məsuliyyətini Ermənistan tərəfi daşımalıdır. Cənab nazir haqlı olaraq Ermənistana "biz xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə” sualını ünvanlayır. Bu, ritorik sual olmasına baxmayaraq, eyni zamanda, praktiki əhəmiyyət daşıyır. Əgər biz bundan qabaq apardığımız danışıqlarda konkret nəticələrə gəlmişiksə, indi bu nəticələrə uyğun davranmayıb neynəməliyik?”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol