Gənclər Təşkilatları Prezidentə müraciət etdi

Azərbaycanın gənclər təşkiltları Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevə Azərbaycan "Respublikasında gənclər siyasəti və gənclərlə iş” mexnizminin dəyişməsi ilə bağlı müraciət ünvanlayıb.
Anews.az həmin müraciəti təqdim edir.
Möhtərəm cənab Prezident!
Bildiyimiz kimi, Azərbaycan Respublikasında gənclər siyasəti və gənclərlə iş daim dövlətin, onun ali siyasi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu dövrlərdə hər zaman gəncliyi müstəqil Azərbaycanın gələcəyi adlandırmış və sağlam düşüncəli yeni nəslin yetişdirilməsini mühüm dövləti vəzifə hesab etmişdir.
Azərbaycanda gənclər siyasətinin bir iştirakçısı dövlət qurumları olduğu halda, digər fəal tərəfdaşı da qeyri-hökumət gənclər təşkilatlarıdır ki, onlar da aparıcı, avanqard qüvvə kimi hər zaman cəmiyyətimizin, dövlətimizin inkişafında, onun haqlı, ədalətli mövqeyinin dünyaya çatdırılmasında, Sizin uğurlu daxili və xarici siyasətinizin ardıcıl müdafiəsində daim fəal rol oynamışlar və bu funksiyanı bu gündə davam etdirməkdədirlər. Hər zaman Sizin Azərbaycan xalqının mənafeyini düşünürək həyata keçirdtdiyiniz siyasətə qarşı beynəlxlaq təşkilatların qərəzli siyasətinə, təzyiqlərinə avanqard qüvvə olaraq ölkənin aparıcı gənclər təşkilatları bəyanatlarla münasibətlərini ifadə etmişlər.
Bu gün Azərbaycanda 300-dən çox gənclərlə işləyən qeyri-hökumət təşkilatı fəaliyyət göstərir ki, onların da mütləq əksəriyyəti Sizin sadiq, təmənnasız "ictimai” əsgərləriniz sayılırlar, gənclər hərəkatının və vətəndaş cəmiyyətinin ruporu olan bu qurumlar və onların liderləri hər zaman özlərini Sizin yanınızda hesab edirlər və bundan sonrakı fəaliyyətimizlə də arxalana biləcəyiniz qüvvə olacağımıza Sizi bir daha əmin edirik.
Möhtərəm cənab Prezident!
Bildiyimiz kimi Milli Məclis tərəfindən 2002-ci ildə qəbul edilən və 2007-ci ildə müəyyən əlavə və dəyişikliklər edilən "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa müasir dövrün tələb və çağrışlarına uyğun bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülmüş və yaz sessiyası tərəfindən bu dəyişikliklər I oxunuşda qəbul edilmişdir. Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, bizlərin – ardıcıl fəaliyyəti, Sizə və dövlətçiliyimizə sədaqəti ilə seçilən aşağıdakı aparıcı gənclərlə işləyən qeyri-hökumət təşkilatları rəhbərlərinin ciddi narahatçılıq, narazılıq və etirazına səbəb olan bir məsələ də təəssüflər olsun ki, bu təklif olunan dəyişikliklər paketinə daxil edilmişdi.
Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan "gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklif idi. Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları və Azərbaycanın inteqrasiya etdiyi Avropa təcrübəsinə də ziddiyət təşkil edirdi. Bizlərin ciddi narahatçılığına səbəb olan bu təklif təəssüflər olsun ki, əsaslı araşdırma aparılmadan, inkişaf etmiş ölkələrin təcrübələri və ən əsası Azərbaycanın fəal gənclər təşkilatlarının fikir və rəyləri öyrənilmədən hazırlanmış və Milli Məclisin plenar müzakirəsinə çıxarılmışdı.
Biz 60-a yaxın gənclərlə işləyən qeyri-hökumət təşkilatları Sizə və digər aidiyyatı üzrə instansiyalara müraciət ünvanladıq. Buna müvafiq olaraq Milli Məclisin 2-ci oxunuşuna çıxarılan qanun layihəsindən – "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsi Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsi çıxarıldı. Lakin daha sonra qanun layihəsi 3-cü oxunuşa gedən ərəfədə heç bir ictimai müzakirə, dinləmə aparılmadan Qanuna 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir deyə yeni müddəa əlavə edilib. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə Sizin prioritet elan etdiyiniz gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər. Sizi əmin edirik ki, qanun layihəsi bu formada qəbul edilərsə, dövlətçiliyimizin yanında olan gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının və onların ətrafında birləşən 100-lərlə, 1000-lərlə gənclərin böyük etirazına səbəb olacaqdır.
Çox hörmətli cənab Prezident!
Siz hər zaman müdrik qərarlarınızla, uzaqgörən addımlarınızla və peşəkar fəaliyyətinizlə bizlərə həm örnək olmusunuz, həm də gənclər sektorundakı ictimai liderlərə daimi dəstək vermisiniz.
Ona görə də Sizdən xahiş edirik ki, bizlərə örnək olan siyasi iradənizi bir daha nümayiş etdirərək, gənclərlə işləyən qeyri-hökumət təşkilatlarına və onun rəhbərlərinə dəstək olaraq, Azərbaycan Konstitusiyasının Sizə verdiyi müstəsna hüququnuzdan istifadə edib, ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın – "Qanuna 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən təklif edilən müddəanın "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasına öz köməkliyinizi əsirgəməyəsiniz və bizləri qəbul edəsiniz.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə, Sizə, Azərbaycan dövlətçiliyinə sədaqət və sevgiylə, ölkəmizdə fəaliyyət göstərən gənclərlə işləyən qeyri-hökumət təşkilatları rəhbərləri:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























