• $
  • €
  • ₽
  • ₺
  • £

"Sosial şəbəkədə deputatları söyənlər psixi xəstədirlər" - Millət vəkili

"Sosial şəbəkədə deputatları söyənlər psixi xəstədirlər" - Millət vəkili
06.03.2019 16:22
Milli Məclisin deputatı Aydın Hüseynov sonxeber.az-ın suallarını cavablandırıb.

- Aydın müəllim, bildiyimiz kimi mütəmadı olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Mən Qaradağ rayonundan millət vəkili seçilmişəm. 30 ildən çoxdur ki, Qaradağ rayonunda həm yaşamışam, həm də işləmişəm. Bu illər ərzində orada yaşayan insanların əksəriyyətini tanıyıram. Qaradağ rayonunda işlədiyim dövrdə doğulanların hazırda 30 yaşı var. Qaradağ rayonunun hansı problemlərinin olduğunu, insanların nə istədiyini bilirəm. Cənab Prezidentimiz 1995-ci ildə Qaradağ rayonundan millət vəkili seçilmişdi. Cənab Prezidentimiz o illərdə də daim seçicilərlə görüşürdü. Eyni zamanda parlamentdə deputatlıq inistitutunun əsasını yaratdı. Deputatlıq fəaliyyətinin nümunəsini ortaya qoydu. Seçicilərlə görüşmək, onları qəbul etmək, düşündürən problemləri səlahiyyətli orqanların qarşısında qaldırmaq, bir sözlə bütün bu proseslərin nizamlı şəkildə həyata keçirilməsini ortaya qoydu. Cənab Prezidentimiz zamanında əsasını qoyduğu məktəb bu gün öz fəaliyyətini davam etdirir. Mən də mütəmadi olaraq seçicilərimlə görüşürəm. Onları ayrı-ayrı kateqoriyaya bölmək düzgün deyil. Vətəndaşlar təkcə öz problemləri ilə bağlı deyil, həm də yeni təklif və arzularla müraciət edirlər. Müraciətlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və bəzən də müalicə ilə bağlı olur. Hətta bəzən seçicilərimiz məsləhət üçün də müraciətlər edirlər.

- Son dövrlər jurnalistlərlə deputatlar arasında sanki "soyuq müharibə" gedir. Deputatlarımız fikirlərinin bir çox hallarda təhrif edildiyini, jurnalistlər isə deputatların açıqlamalarını olduğu kimi verdiklərini iddia edirlər. Bu yaxınlarda siz də oxşar vəziyyətlə qarşılaşdınız. Ümumiyyətlə bu məsələdə daha çox kimləri günahkar hesab edirsiniz?


- Jurnalistlərin cəmiyyətdə rolu və nüfuzu getdikcə artır. Dövlətini sevən, onun maraqları üçün çalışan, bu gün həyata keçirilən siyasətin mahiyyətini insanlara çatdıran və təbliğ edən çoxlu sayda fədakar jurnalist var. Hər bir insan gündə müəyyən qədər informasiya almalıdır. Cəmiyyət jurnalistlərin verdiyi informasiya ilə qidalanır. Mən Azərbaycan jurnalistikasını yüksək qiymətləndirirəm. Bu gün jurnalistlərlə cəmiyyət arasında çox böyük inteqrasiya var. Eyni zamanda ölkəmizdə jurnalistlərə dünyanın heç bir yerində olmayan xüsusi dövlət qayğısı göstərilir. Onların mənzil şəraiti yaxşılaşdırılır, söz və internet azadlığı üçün çox gözəl münbit şərait var. Jurnalistlərimiz də bundan yaralanaraq cəmiyyəti lazım olan informasiya ilə təmin edirlər. Ancaq bununla yanaşı, vicdanlarının səsi qulaqlarına çatmayan çox az sayda jurnalistlərimiz var. Bu jurnalistlər sadəcə ağ yalan danışmaqla məşğul olurlar. Mən 4 ildir ki, parlamentdəyəm. Deputatlarımızın öz sözlərinə necə vicdanla yanaşdığını həmişə görmüşəm. 

Öz fikirlərini düzgün çatdırırlar, məsuliyyətlərini dərk edirlər. Bəzən jurnalistlər bilərəkdən kimlərinsə sifarişini yerinə yetirirlər. Sosial şəbəkədə Azərbaycan Prezidentini, ailəsini, deputatları və cəmiyyətin ziyalı nümayəndələrini söyən insanlar psixoloji xəstədirlər. Çox gözəl olar ki, bu sahədə çalışan mütəxəsislər onları psixoloji xəstə elan edərək cəmiyyətə bildirsinlər. Bu istiqamətdə jurnalistlərin də çox böyük rolu var. Hələ Ulu öndərimizin dövründə jurnalistlərlə Prezident arasında sıx münasibət olub. Hətta Ulu öndərimiz bir neçə dəfə jurnalistlərin dostu elan edilib. Eyni zamanda cənab Prezidentimiz hər zaman böyük dəstək göstərib. Çox təəssüf ki, saytının oxunaqlığı üçün kiməsə böhtan ataraq onun adından ağ yalan danışması artıq bu gün cəmiyyətdə zərərli tendensiyaya çevrilir.

"Sosial şəbəkədə deputatları söyənlər psixi xəstədirlər" - Millət vəkili

- Aydın müəllim, sosial şəbəkələrdə deputatlar deyil, hətta jurnalistlər də təhqir edilir. Belə ki, dövlətimizin apardığı uğurlu siyasət barəsində hər hansı bir məlumat paylaşan zaman söyməyə başlayırlar. Bunlarla necə mübarizə aparmaq lazımdır?


- Bunu çox gözəl qeyd etdiniz. Bu gün dövlətə dəstək olaraq hər hansı məlumat yazan zaman sizi təhqir edirlər. Deməli bunların məqsədi dövləti ləkələməkdir. Onlar çalışırlar ki, dövlətimizi hansısa bir formada nüfuzdan salsınlar. Azərbaycan dövlətinin inkişafını istəməyən, ölkəmizin varlığının vəlvələ saldığı tək düşmən var. O da ermənilərdir. Onlar ermənilərin keçirtdiyi siyasətin təsiri altına düşüb. Amma onlar iddia edirlər ki, biz ermənidən yardım almırıq. Ermənilər həmin ölkələrdə 100 ildir ki, məskunlaşıblar. Bəzən vətən xainləri həmin formalaşmış erməni institutları tərəfindən ölkəmiz əlehinə istifadə edilir. Onlar bəyəm fərqinə varmırlar ki, ancaq dövlətimizi söyməklərini istəyirlər. Hər dəfə onlar nə qədər söyürlərsə, onların mükafatı da bir o qədər çox olur. Təbii ki, bizim üzərimizə düşən onlarla mübarizə aparmaq, məqsədlərini əllərində qoymaqdır.

- Təəssüf ki, bəzi təşkilatlar dövlətimiz əleyhinə istifadə etdikləri şəxslər həbs edilən zaman əsasız bəyanatlar verirlər. Lakin torpaqlarımızı işğal edən, soydaşlarımızı vəhşicəsinə qətlə yetirən və öz anasının qəbrini ziyarət etməyə gedən girovlarımız barəsində bir dəfədə olsa bəyanat verməyiblər. Ümumiyyətlə bu təşkilatlarla əməkdaşlıqdan imtina etmək olarmı?


- Azərbaycan dünya üçün açıq ölkədir. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və demokratik əsaslara söykənən, şərq-qərb mədəniyyətini özündə birləşdirən dövlətik. Bu gün böyük ənənələrimiz, mədəniyyətimiz və güclü dövlətimiz var. Cənab Prezidentimizlə xalqımız arasında birlik, inam və etibar var. Əlbəttə heç bir kənar maliyyə mənbələrindən asIlı olmayan iqtisadi siyasət yürüdürük. Azərbaycan xalqının mənafeyini təmin edən demokratik əlaqələr qurmuşuq. Təbii ki, bunu bir çox qüvvələr qəbul etmir. Artıq Ermənistan rəhbərliyi Azərbaycanla eyni bir masada oturmaq istəyir. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat mərkəzinə çevrilib. Dövlətimizin bu gün xarici valyuta ehtiyatları 45 milyard manatı keçib. Xarici borcu dəfələrlə azdır. Ona görə də bütün bunları həzm edə bilmirlər. Təbii ki, onların başında duran əsas qüvvə ermənilərdir. Bu gün onlar Azərbaycanın böyük ordusunun gücünü görürlər. Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Naxçıvanda 11 min hektar sahəni azad etdik. Aprel döyüşləri zamanı hərbi gücümüz onları qorxuya salıb. Siyasi nüfzumuz, diplomatik əlaqələrimiz erməniləri vəlvələyə salıb. Az müddətdə bu qədər inkişaf edən dövləti görən ermənilər, onların konyak diplomatiyasının toruna düşən siyasilər əlbəttə ölkəmizə qarşı ikili münasibət bəsləyəcək. Çünki gözləri götürmür.

"Sosial şəbəkədə deputatları söyənlər psixi xəstədirlər" - Millət vəkili

- Bəs bu məsələdə diasporamızın işini necə qiymətləndirirsiniz? Təəssüf ki, bu gün bizim diaspora ermənilər kimi güclü deyil. Burada din faktorunun təsiri varmı?


- Bu gün ermənilər Avropanın hər bir yerinə səpələnib. Onların xasiyyətində xəbislik var. Azərbaycana qarşı hər zaman düşmən mövqeyində olublar. Azərbaycan diasporası yeni formalaşır. Bilirsiniz ki, rəhbərlik dəyişilib. Fuad müəllim bizim Milli Məclisdə həmkarımız olub. O, gənc və bacarıqlı məmurdur. Az bir müddətdə xeyli işlər görüb. Getdikcə bizim diasporamız inkişaf edir və xaricdə tanınırıq. Bu sahədəki işlərimiz də düşünürəm ki, zamanla inkişaf edəcək.

- Təhsilimizin bu gün ki, durumunu necə dəyərləndirirsiniz?


- Bu gün Azərbaycan təhsilində çox böyük nailiyyətlər əldə edilib. Bu gün təhsil nə ilə ölçülür? Bu gün məktəbləri bitirən şagirdlər yüksək balla universitetlərə qəbul olurlar. Dünyanın elə bir universiteti yoxdur ki, orada azərbaycanlı tələbə olmasın. Bəs bunlar harada təhsil alıblar? Təbii ki, məktəblərdə. Deməli təhsilin əsas məqsədi şagirdlərə təhsil verməkdir. Təhsil çox böyük bir sahəni əhatə edir. Elə bir ailə yoxdur ki, onun təhsillə əlaqəsi olmasın. Belə ki, bağçalar, məktəblər, universitetlər, litseylər - bütün bunların hər biri təhsilin qollarıdır. Təbii ki, hər bir valideyn istəyir ki, övladı yaxşı təhsil alsın. Bu günlə biz razılaşmırıq. Təhsildən biz yeniliklər gözləyirik. Əgər bir şeydə insan faktoru varsa, problem, çatışmazlıq da olmalıdır. 

Ancaq bir faiz çatışmamazlığı şişirdib nailiyyətlərimizə kölgə sala bilmərik. Bu gün ali məktəblərdə gənclərimiz ixtiralarını, nailiyyətlərini ortaya qoyurlar. Təhsil sistemində çox böyük irəliləyişlər və müsbət nailiyyətləri görürəm. Təhsilə qayğı və diqqət cənab Prezidentimizin birbaşa nəzarətindədir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətin başlıca məqsədi insan kapitalının formalaşmasıdır. İnsan kapitalı təhsildə formalaşır. 15 il ərzində 3200-dən çox məktəb tikilib və təmir edilib. Hələ mən bağçaları və universitetləri demirəm. Eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yeniləşən təhsil adı altında nə qədər işlər görülüb. Bir sözlə bu gün təhsil sahəsində çox yüksək işlər görülür. Sadəcə əhatəsi geniş olduğu üçün cüzi problemlər olmalıdır. Getdikcə dərsliklərdə olan problemlər aradan qaldırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol