• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan sarsıdıcı zərbə: Torpaqlar azad olunmadıqca… - Paşinyanın Brüssel səfərinin PƏRDƏARXASI

Azərbaycandan sarsıdıcı zərbə: Torpaqlar azad olunmadıqca… - Paşinyanın Brüssel səfərinin PƏRDƏARXASI
07.03.2019 13:11
Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərinin əsl məqsədi siyasi deyil, iqtisadi idi.

Publika xəbər verir ki, bu haqda şəxsi mənbəyinə istinadən "Past” nəşri bildirib.

Mənbə qeyd edib ki, Paşinyan avropalı rəsmilərlə müzakirələrdə daha çox maddi yardım məsələsini qaldırırdı. Məlumata görə, Paşinyan avropalılarla müzakirələrdə maliyyə yardımı məsələsini qarşıdakı aylarda büdcədəki problemləri aradan qaldırmaq üçün qaldırıb. Dövlət büdcəsinin ehtiyat fondunda ciddi problemlərin olduğu bildirilir.

Qəzet qeyd edir ki, istisna olunmur ki, yaxın vaxtlarda parlamentə təqdim olunacaq kredit müqaviləsi ölkənin xarici borcunu daha da artıracaq.

Nəşr əlavə edir ki, bu kimi digər kreditlər də əvvəlki büdcə kəsirinin aradan qaldırılması üçün götürülürdü. "Past” vaxtilə müxalifətdə olarkən Paşinyanın bu məqsədlə kreditlərin alınmasını dəfələrlə tənqid etdiyini xatırladıb. İndi isə Paşinyanın başqa çıxış yolunun olmadığı və Ermənistanın işində olduğu acı reallığı daha yaxından dərk etdiyi bildirilir.

Ermənistanda xalqa hakimiyyət dəyişikliyindən sonra "iqtisadi inqilab” vədi verən Nikol Paşinyan hökumətini biabır edən rəqəmlər ötən həftə ictimaiyyətə açıqlanıb. Respublikanın Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb.

İdxal isə 3,3 faiz azalıb. Bununla da, ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.

Xatırladaq ki, Ermənistanın yeni hökumət proqramı "iqtisadi inqilabın startı” adlandırılır. Proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Lakin hazırkı blokada şəraitində "iqtisadi inqilab”ın həyata keçirilməsi mümkünsüz hesab edilir.

İşğalçılıq siyasəti səbəbindən Ermənistan iqtisadiyyatının çökdüyü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də dilə gətirilib. Prezident İlham Əliyev 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, məhz işğalçılıq siyasətinə görə Ermənistan Azərbaycan tərəfdən bütün regional layihələrdən təcrid edilib.

"Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol