• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov AŞPA-da çıxış etdi

Elmar Məmmədyarov AŞPA-da çıxış etdi
29.05.2020 04:43

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA-də nitq söyləyən E. Məmmədyarov sədrlik etdiyi qurumun fəaliyyəti haqda assambleya üzvlərinə məlumat verib.Nazir ilk olaraq Ukraynadakı böhran haqqında danışıb və AŞ NK-nin bu məsələ ilə bağlı xüsusi bəyanat verdiyini assambleya üzvlərinin diqqətinə çatdırıb. E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə AŞ-nin Bakıda keçirilmiş tədbirləri, eləcə də gələn ay Bakıda keçiriləcək korrupsiyaya qarşı tədbirin hazırlıqları haqda məlumat verib. Azərbaycanda uğurla tətbiq olunan “ASAN xidmət”in fəaliyyətinə toxunan E. Məmmədyarov bu təcrübənin digər Avropa ölkələri üçün də faydalı ola biləcəyini bildirib. Bu gün Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu haqda da məlumat verən nazir bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilmədiyini, lakin bu məsələnin də Azərbaycan üçün prioritet təşkil etdiyini söyləyib. O, Azərbaycanın sədrliyinin gələn ayın 15-də bitəcəyini xatırladaraq Azərbaycandan sonra quruma sədrlik edəcək Belçika və Bosniyanın fəaliyyətini dəstəkləyəcəklərini vurğulayıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol