• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Xankəndində iclas keçirilməsinə MÜNASİBƏT

XİN-dən Xankəndində iclas keçirilməsinə MÜNASİBƏT
12.03.2019 19:18
"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz".

Bunu Anews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndində keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib. 

"Onu deyə bilərəm ki, görünür hər bir məsələ öz yerini tapır. Ermənistan Baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, deməli, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. "Qarabağ erməniliyi” fikrini səsləndirən Baş nazir söz oyununa son qoyaraq Dağlıq Qarabağda yaşayan ermənilərin "xalq” yox, erməni icması olduğunu dilə gətirir. Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub. Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil. Xatırlatmaq istərdik ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla bütün digər ATƏT üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan fəaliyyətdə olan sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz", - deyə o qeyd edib.

L.Abdullayeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib: "Özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan Baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz".



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol