• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusu Xankəndidə təşviş yaratdı: Paşinyan təcili şəkildə... - FOTO

Azərbaycan Ordusu Xankəndidə təşviş yaratdı: Paşinyan təcili şəkildə... - FOTO
13.03.2019 10:33
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həll formatının dəyişdirilməyəcəyi haqqında son bəyanatından dərhal sonra hərəkətə keçən Ermənistan baş naziri Nikol Paşinyanın ilk işi Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını keçirmək oldu. Danışıqların formatının dəyişdirilməsi və müzakirəyə üçüncü tərəfin qoşulması bəhanələri ilə müzakirələrin vaxtını uzatmaq cəhdləri boşa çıxan Paşinyan artıq dalana dirənib.

Məsələyə dair fikirlərini Publika.az-la bölüşən sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, Paşinyanın Xankəndinə səfəri təxribati addımdır:

"Çünki buna qədər də İrəvanın Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə qarşı etdiyi bu tip müxtəlif hərəkətlər olub. Guya Dağlıq Qarabağı təmsil edə bilməyəcəyi haqqında cəfəngiyyatlar dilə gətirən, bu qondarma respublikanı təmsil etmək üçün mandat ala bilmədiyini söyləyən bir adam bu gün Ermənistan adlı dövlətin Milli Təhlükəsizlik Şurası toplantısını faktiki olaraq Azərbaycanın ərazisi sayılan şəhərdə keçirir. Bu, başdan-ayağa həm beynəlxalq ictimai rəyə, həm də Azərbaycanın maraqlarına meydan oxumaq deməkdir. ATƏT-in Minsk qrupunun son bəyanatına meydan oxumaqdır.Doğrudur, belə də şərhlər verilir ki, guya Paşinyan qondarma respublika ilə ATƏT-in son bəyanatını müzakirə etmək üçün gedib. Amma bu səfər heç də müzakirə etmək xarakteri daşımır. Çünki toplantıda təhlükəsizlik şurasının bütün üzvləri iştirak edir. İrəvanın Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərə başladığı və bu hərbi təlimlərin hücum xarakteri daşıdığını bilə-bilə qondarma respublikanın təhlükəsizlik məsələlələrini müzakirə üçün səfərə getdikləri şübhə doğurmur. Bir sözlə, vəziyyəti daha da ağırlaşdıran addımlar atılıb. Ermənistan tərəfi təxribatçı addımlar ataraq bölgdə müharibə şəraiti yaratmağa çalışırlar. Bununla da bir növ, Azərbaycanın hücuma hazırlaşması barədə ictimai rəyi tezliklə müxtəlif beynəlxalq təşkilatların müzakirəsinə çıxarmaq istəyirlər. İstənilən halda, Azərbaycan bundan çəkinməməlidir. 20 faiz torpaqları işğal edilən ölkənin addımları BMT-nin nizamnaməsinə uyğun şəkildə qurulub və o şəkildə də fəaliyyətini davam etdirməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol