• $
  • €
  • ₽
  • ₺
  • £

"Lazım gəlsə, şalvarımı da çıxararam" - Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev

"Lazım gəlsə, şalvarımı da çıxararam" - Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev
13.03.2019 16:42
Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".

Onun bu hərəkəti əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Anews.az-ın məlumatına görə, H.Hacıyev BiG.AZ-a açıqlama verərək bu hərəkətindən heç də peşman olmadığını dilə gətirib:

"Dünən canlı yayımda öz sözümü demişəm. Kim nə deyir, qoy desin. Çıxışım birmənalı qarşılanmayıb? Lap yaxşı. Mən də istəyirəm ki, çoxmənalı qarşılansın. Canlı yayımda ayaqqabımı çıxarmışam. Bundan peşman da deyiləm. Belə düşünürəm, belə də edirəm. Heç kimə hesabat verəsi deyiləm. Məni qınayanlar səhv edir. Yaxşı edirəm ayaqqabımı çıxarıram. Sabah lazım olsa şalvarımı da çıxardacağam. Onun kiməsə nə aidiyyatı var?".

Maddi vəziyyətinin aşağı olmasından gileylənən Hafiz Hacıyev saytımıza açıqlamasında aylıq gəliri barədə də məlumat verib:

"Rüşvətxor, korrupsioner deyilik, malliyyə vəziyyətimiz gərgindir. Gəlir var ki, açıqlama da verək? Özümüz özümüzü zorla dolandırırıq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol