Prezident ona mənzil verdi - FOTO

Xalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.
Anews.az xəbər verir ki, bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.
O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: "Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də, qəbul etməmişdim".
Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanova evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























