• $
  • €
  • ₽
  • ₺
  • £

AŞ PA-da gərginlik

AŞ PA-da gərginlik
01.10.2014 20:17
İşğal altında olan bütün ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Dağlıq Qarabağ da daxil olmaqla, bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə obyekti ola bilməz. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyasının üçüncü iş günündə qurumun Siyasi məsələlər və Demokratiya komitəsinin iclasında Azərbaycanın nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.E.Süleymanov çıxışında məruzənin adının niyə “Azərbaycan Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” olmasını tutarlı faktlarla əsaslandırıb: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləru çərçivəsində beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa Şurasına üzv qəbul edilib. Hazırda işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilər bu sərhədlər çərçivəsindədir. Odur ki, işğal altında olan bütün ərazilər Azərbaycanın ayrlmaz tərkib hissəsidir və Dağlıq Qarabağ da daxil olmaqla, bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olması müzakirə obyekti ola bilməz".O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə, Avropa Parlamenti, AŞ PA və s. beynəlxalq təşkilatların qətnamə və sənədlərində Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi tanınıb və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadələrindən dəfələrlə istifadə edilib.Millət vəkili bildirib ki, hər hansı bir formatda danışıqların getməsi və ya digər bəhanələrlə problemin mahiyyətini təhrif etmək cəhdləri əslində movcud problemi daha da dərinləşdirmək və onun həllini uzaqlaşdırmaq məqsədi daşıyır: “Bu təxribat xarakterli səylərin qarşısının alınması üçün hazırlanacaq hər bir sənədin başlığı problemi dəqiq şəkildə əks etdirməlidir. Odur ki, məruzənin başlığı Azərbaycanın hansı ərazilərində gərginliyin artmasını dəqiqliklə əks etdirməlidir. Bu, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləridir. Beləliklə, qeyd edilənlərdən aydındır ki, əgər biz obyektiv və real vəziyyəti özündə əks etdirən qərar qəbul etmək istəyiriksə, məruzənin adı dəyişdirilməməlidir”.Qeyd edək ki, bu gün Siyasi məsələlər və Demokratiya komitəsinin iclasında britaniyalı deputat Robert Valter "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.//Trend
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol