Deputatlarımız ABŞ-a səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadə martın 23-də Vaşınqtona səfərə gedəcəklər.
Anews.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Deputatlar ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.
Səfər martın 30-da başa çatacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























