Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün 5 saata yaxın davam edən mətbuat konfransı keçirib və Qarabağ mövzusunda da suallara cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan vasitəçilərin danışıqlarda liderləri xalqları sülhə hazırlamağa çağırdığını xatırladıb. Amma deyib ki, sülhü təkbaşına qurmaq alınmaz.
"Bax elə burada görmək mümkün olacaq ki, İlham Əliyevin Dağlıq Qarabağ və Ermənistan əhalisinə deməyə nə sözü var. Mənim isə Azərbaycan ictimaiyyətinə deməyə sözüm var”, - o qeyd edib.
Paşinyanın sözlərinə görə, hazırda Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan əhalisi arasında sosial şəbəkələr sayəsində birbaşa dialoq mümkündür. Amma deyib ki, onların yazışmalarında söyüş ardı-arası kəsilmədən dolu kimi yağır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























