Livandan Kəlbəcərə ermənilərin köçürülməsi planı

Qarabağ separatçılarının "dövlət naziri” Qriqori Martirosyan martın 16-da Livana gedib.
Onun səfəri martın 18-nə qədər davam edib. Onunla Livana gedən heyətin tərkibində qondarma rejimdə yaradılmış Şaumyan rayonunun (Kəlbəcər rayonu və Goranboy rayonunun bir qismini öz tərkibində cəmlədiyi iddia olunur – red.) administrasiyasının rəhbəri Qagik Martirosyan da yer alıb.
Martirosyan ARİ Fondunun nümayəndələri ilə görüşü zamanı Kaşataq rayonunda (qondarma rejim Qubadlı, Zəngilan, Laçın və Cəbrayılın qərb hissəsinin birləşdirilməsindən "yaradılıb” – red.) yaşayış obyektlərinin tikintisinin davam etdirilməsini və Kəlbəcərdə analoji proqramın icrası üçün danışıqların baş çatdırılıb, müqavilə imzalanması müzakirə olunub.
Martirosyan Beyrutla bərabər Zaxla şəhərində də olub. Burada Böyük Kilikiya Evi Katolikosluğunun nümayəndələri ilə görüşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























