Pakistan prezidentindən Azərbaycana mühüm dəstək

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin prezidenti Arif Alvi qəbul edib.
Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti Arif Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər sahələrdəki əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.
Prezident A. Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























