• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci vitse-prezidentlə görüş və heç vaxt unudulmayacaq anlar

Birinci vitse-prezidentlə görüş və heç vaxt unudulmayacaq anlar
29.05.2020 05:49
14 fevral - yağışsız, küləksiz, sakit bir qış günü idi. Universitetdə mühazirəm ikinci növbə olduğundan vaxtı öldürmək və təmiz hava udmaq üçün Azərbaycan xalqının qəhrəman oğlu Cavad xanın adını daşıyan şəhər parkında bir az gəzməyi qərara aldım. Parka yaxınlaşdıqda gözlərimə inanmadım. Mən parkda istirahət günlərində olurdum, ancaq belə bir izdihamla qarşılaşmamışdım. Həm də iş günündə. 

Böyük insan yığınına yaxınlaşanda onların əhatə etdiyi dairənin mərkəzində vüqarla dayanmış ölkəmizin Birinci xanımı, dövlətimizin vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, hamımızın sevimlisi Mehriban Əliyevanı gördükdə təəccübləndim. Təəccübləndim, ona görə ki, ətrafda bir dənə də olsun mühafizəci yox idi. Birdən gözüm Mehriban xanımı əhatəyə almış insanlar arasında Heydər Əliyev fondunun vitse-prezidenti, xoş xasiyyət və gülərüz Leyla Əliyevanı gördüm. Mehriban xanım Əliyeva insanlarla söhbətləşir, onların qayğıları və onları narahat edən məsələlərlə maraqlanır. Leyla xanım isə gənclərlə deyib-gülür, şəkil çəkdirirdi.

Biz vitse-prezidentlə görüşdükdə təxminən saat 1300 radələri idi. Sonra televiziya kanallarının verdiyi məlumatlardan öyrəndim ki, sən demə Mehriban xanım və Leyla xanımla bizim görüşümüz, ilkin deyilmiş. Parkdakı görüşdən əvvəl hörmətli xanımlar bir neçə müxtəlif məkanlarda olmuş, Gəncəlilərin maraqlanlandığı suallara cavab vermiş, onları narahat edən problemlərin yerindəcə həlli yollarını göstərmiş, bəzilərini isə nəzarətə götürmüşdür. O da məlum oldu ki, vitse-prezidentlər lap erkən ulu öndər Heydər Əliyevin Azadlıq meydanında qoyulmuş möhtəşəm heykəli önünə gül-çiçək dəstələri qoymuş, yeni təmirdən çıxmış "İmamzadə” kompleksini ziyarət etmiş, məktəb və uşaq bağcalarında olmuş, görkəmli pedaqoq, yazıçı, alim Mircəlal Paşayevin ev muzeyini seyr etmiş, bu məkanlarda görüşdüyü sakinlərlə səmimi dialoqlar qurmuşdur. Bizimlə görüşü isə Gəncə səfərində sonuncu imiş.

Mehriban xanım müxtəlif peşə sahibləri, alim və sənətkarlarla, təqaüddə olan şəxslərlə işgüzar söhbətlər etməklə onların arzu və istəklərini, onları narahat edən çatışmazlıqları Cənab Prezident İlham Əliyevə çatdıracağına söz vermişdir. Mən isə insanların arasında dayanaraq bu mənzərəni seyr edirdim.
Necə oldusa mən yaxınlığında dayandığım, gülərüz, eynən anası kimi mehriban Leyla xanımın baxış obyektinə tuş gəldim. Sanki o, mənim ürəyimdən keçənləri hiss etmiş kimi dərhal mənə yaxınlaşdı və gülə-gülə əlini mənə uzatdı.

Mən də onun əlini özünəməxsus incəliklə tutdum və xoş gəlmisiniz dedim. Leyla xanım dedi: "Nə gözəl parkınız var, Gəncənin nə saf havası varmış”.
Mən isə cavabında dedim: Bəli Leyla xanım parkımız gözəldir, sizin də burada olmağınız parkımızın və şəhərimizin gözəlliyinə xüsusi rəng qatdı. Sonra da Leyla xanım əlavə etdi ki, əgər zaman imkan versəydi, heç olmasa bir həftə burada qalıb Gəncənin gözəlliyini büst-bütün seyr edər, onun təravətli havasını doyunca udardım. Elə söhbətin bu yerində çox hörmətli Mehriban xanım Əliyeva da mənə yaxınlaşaraq ədəb-ərkan və səmimiyyətlə həmişə xalqa əl uzatdığı kimi mənim də əlimi sıxmaq istədi. Nə qədər qəribə görünsə də mən sağ əlimi Leyla xanımın əlindən çəkib onu qəlbimə daha yaxın olan sol əlimlə əvəz edib, sağ əlimlə adı kimi özü də mehriban olan vitse-prezidentin şəfaqətli əlindən tutdum. Özümü təqdim etdikdən və ona xoş gəlmişsinizdən sonra təmsil etdiyim Gəncə Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivinin salamını çatdırdım. Vitse-prezident Universitetdə tədrisin, aparılan elmi-tədqiqat işlərinin vəziyyəti ilə maraqlandı və onun da salamını Universitetimizin kollektivinə çatdırmağı xahiş etdi. Mən isə yaxın vaxtlarda mənə "Əməkdar Müəllim” fəxri adı vermiş, hamımızın sevimlisi, millətimizin fəxri Cənab Prezidentimiz İlham Əliyevə mənim sonsuz təşəkkürümü çatdırmağı xahiş etdim.
Doğrudan da bu unudulmaz görüş mənim qəlbimdə dərin izlər buraxmışdır və onu ömrüm boyu xatırlayacam.
 
Əliqulu Quliyev,
Gəncə Dövlət Universiterinin fəxri professoru

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol