• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə Avropa Parlamenti sərt tənqid olundu

Milli Məclisdə Avropa Parlamenti sərt tənqid olundu
30.09.2014 14:39
Milli Məclisin plenar iclasında Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tənqid olunub.APA-nın məlumatına görə, çıxış edən MM-in sədr müavini, Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələskərov deyib ki, bir çox dairələr, o cümlədən AP Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. V. Ələskərov bildirib ki, AP Azərbaycana qarşı həmişə nəinki ikili standartlarla, hətta üçlü-dördlü standartlarla mövqe göstərib: “Bir dəfə onlar bizə təklif etdilər ki, “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri” sözlərinin qeyd olunduğu sənədə səs verək. Yəni Dağlıq Qarabağın bizim ərazimiz olması fikrindən imtina edirdilər. Şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bloqger ilə bağlı AP qətnamə qəbul edəcək. Bu, şantaj deyil, nədir?!” Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti  Barak Obamanın fikirlərinə və Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərək deyib ki, bunlar ədalətsiz mövqedir: “Onlar o QHT-lərə dəstək verirlər ki, Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həllinə tərəfdar çıxsın. Azərbaycanı istəyən milli QHT-lər heç vaxt bu addıma getməzlər. Ancaq bununla belə, hesab edirəm ki, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik”. Azay Quliyev isə bəyan edib ki, bu gün  AP və AVRONEST PA haqqında müsbət fikirlər deməyə əsas yoxdur: “Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” proqramını zədələyib. AVRONEST Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana münasibətdə fərqli mövqe tuturlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər”. A. Quliyevin sözlərinə görə, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyiq edilmir: “Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o, şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir”. Qüdrət Həsənquliyev bildirib ki, indən sonra da avroparlamentarlar yeni kampaniyaya başlayıb, kimlərəsə mükafatlar verib deyəcəklər ki, filan mükafatın laureatı həbsdədir. Onun fikrincə, artıq beynəlxalq təşkilatlara ciddi etiraz olunmalıdır: “Ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar insan haqları məsələsində ədalətli mövqe tutur. Əminəm ki, həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək və sonra da yeni kampaniyaya başlayıb deyəcəklər ki, filankəslər həbsdədir”. Q. Həsənquliyev onu da əlavə edib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil: “Beş-altı nəfərə görə bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir”. Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, söhbət beş-altı nəfərdən getmir: “Məsələ bunda deyil. Həmin qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr bundan istifadə edirlər. QHT-lər bəzən onların əlində vasitə olurlar. QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidirlər”. Fəzail Ağamalı isə çıxışında təklif edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılsın. İclas davam edir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol