• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev Moskvada təhlükəsizlik katiblərinin iclasında çıxış edib

Ramiz Mehdiyev Moskvada təhlükəsizlik katiblərinin iclasında çıxış edib
29.09.2014 15:41
Sentyabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib. AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Görüş çərçivəsində Əfqanıstan amilinin MDB məkanında regional təhlükəsizliyin vəziyyətinə təsiri, islamın radikallaşdırılması və onun MDB iştirakçısı olan dövlətlər üçün mümkün nəticələri, “Əl-Qaidə”nin və özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti məsələləri, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində vəziyyət müzakirə edilib.Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Onun çıxışında radikal dini ideologiyaların dünyada yayılmasına şərait yaradan əsas səbəblər təhlil edilib, radikal və ekstremist dini təşkilatlar tərəfindən, xüsusən gənclər arasından yeni tərəfdarlar cəlb etmək üçün istifadə olunan üsullar və metodlar nəzərdən keçirilib. MDB üzvü olan ölkələrin vətəndaşlarının Suriya, İraq və Əfqanıstanda müxtəlif dini-ekstremist və terrorçu qruplaşmaların tərkibində iştirak etməsinin təhlükəli olması xüsusi vurğulanıb. Bildirilib ki, orada döyüş təcrübəsi və vərdişləri qazanan bu insanlar öz ölkələrinə qayıdandan sonra milli təhlükəsizliyə təhdid doğuran ciddi amilə çevrilirlər.Görüş iştirakçılarına Azərbaycanın hüquq mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən ekstremist dini təşkilatların fəaliyyətinə qarşı mübarizə üçün görülən tədbirlər və bu sahədə qazanılmış uğurlar barədə məlumat verilib. Muzdlu qatilliyə və terrorizmə, habelə Azərbaycan vətəndaşlarının dini düşmənçilik əsasında ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştiraka cəlb edilməsinə görə cəzaların sərtləşdirilməsi üçün milli qanunvericiliyə düzəlişlər qəbul edilməsi haqda ətraflı məlumat verilib.Tərəfdaş ölkələrin xüsusi xidmətləri ilə uğurlu qarşılıqlı fəaliyyətin nümunələri göstərilib, dini ekstremizm və terrorçuluq təzahürləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirməyin zəruriliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol