• $
  • €
  • ₽
  • ₺
  • £

YAP-dan Əli İnsanovun ƏYAP təşəbbüsünə reaksiya: “Məqsəd partiyanı parçalamaqdır”

YAP-dan Əli İnsanovun ƏYAP təşəbbüsünə reaksiya: “Məqsəd partiyanı parçalamaqdır”
30.03.2019 13:11
"İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında həbsdən yeni çıxmış keçmiş səhiyyə naziri Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsünə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, İnsanovun həbsdən çıxdıqdan sonra atdığı addımlar onun özünün əleyhinə işləyir:

"Bu, çox səhv bir təşəbbüsdür. Birincisi, Yeni Azərbaycan Partiyası var. Əli İnsanov vaxtilə korrupsiyada ittiham olunduğuna və partiyanın siyasi xəttinə zidd fəaliyyət göstərdiyinə görə təşkilatın sıralarından çıxarılıb.

O, YAP-da olarkən, partiya sıralarında təfriqə salmağa və Heydər Əliyev xəttinə zidd xəttin dəstəklənməsinə nail olmağa çalışırdı. Bunların hamısının qarşısı alındı.

İnsanov bu gün müəyyən qrup insanları öz ətrafına toplamağa, Azərbaycanı regionlara parçalamağa, özünün siyasi ambisiyalarını cəmiyyətə qəbul etdirməyə cəhd göstərir.

Amma onun həbsdən çıxmasından sonra vəziyyət göstərir ki, İnsanovu heç kəs dəstəkləmədi. Heç bir ictimai qurum və hər hansı tanınmış ziyalı İnsanovun yanında deyil. İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb. Onun baxışları Azərbaycanın inkişafının əleyhinə yönəlib.

Düzdür, o, qanunazidd olmayan baxışları təbliğ edə bilər. Ancaq bununla belə, cəmiyyət İnsanovu dəstəkləmir. Onun müxalifətdən ayrı-ayrı şəxsləri qoparmaqla özünə qrup yaratmaq cəhdi müxalifətdə də böyük narazılığa səbəb olub.

İnsanov YAP sıralarında olarkən apardığı fəaliyyət də ifşa olundu, siyasi məğlubiyyətə uğradı və həbsdən çıxdıqdan sonra atdığı addımlar, verdiyi bəyanatlar ilk növbədə onun özünün əleyhinə işlədi, növbəti siyasi məğlubiyyətə uğramasına səbəb oldu.

Onun yaratmaq istədiyi təşkilata o adı seçməsində məqsədi şübhəsiz ki, YAP-ı parçalamaq və partiya sıralarındakı müəyyən qüvvələri öz tərəfinə çəkməkdir.
 
Ancaq Yeni Azərbaycan Partiyasının heç bir üzvü Əli İnsanovun arxasınca getməyəcək. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin adı ilə yaranıb, Əli İnsanov isə ona qarşı çıxıb”.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol