• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevlə Paşinyanın görüşünün sürprizi - "Dilqəm və Şahbaz Azərbaycana təhvil verilə bilər"

İlham Əliyevlə Paşinyanın görüşünün sürprizi - "Dilqəm və Şahbaz Azərbaycana təhvil verilə bilər"
30.03.2019 19:34
Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olub.


Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə görüşlə bağlı açıqlama verib. İlham Əliyev Paşinyanla insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdiklərini deyib. İlham Əliyev danışıqların formatının dəyişilməz qaldığını sözlərinə əlavə edib.
İlham Əliyevlə Paşinyanın görüşü barədə fikirlərini politoloq Nəsimi Məmmədli Yenicag.az-la bölüşüb.

Politoloq bildirib ki, dünən ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasındakı Vyanada keçirilən görüş tərəflərin mövqeyində ciddi dəyişikliyə səbəb olmadı:

"Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşə qədər bir neçə dəfə ötəri təmaslarda olsalar da, məhz Qarabağ danışıqları ilə bağlı ilk dəfə rəsmi görüşdülər.

Görüşdən öncəki siyasi-diplomatik situasiya tamamilə Ermənistanın xeyrinə olduğu üçün Paşinyan bu üstünlükdən maksimum yararlanmaq və ya bu üstünlüyü qoruyub saxlamağa çalışırdı. Onun qondarma "Dağlıq Qarabağ” respublikasının danışıqlarda tərəf kimi iştirakı ilə bağlı qeyri-real təklifi də diplomatik gediş idi. Azərbaycan bu təklifi qəbul etməsə belə, Ermənistan heç nə itirmirdi.

Danışıqlarda Ermənistanın diplomatik üstünlüyü olsa da Azərbaycan prezidenti özünü daha rahat hiss edirdi.

Paşinyan isə bu görüş öncəsi Azərbaycan ərazisində Ermənistanın təhlükəsizlik şurasının iclasını keçirməklə, Azərbaycana qarşı çox iddialı bəyanatlar verməklə həm Qarabağ ermənilərini, həm də Ermənistandakı siyasi rəqiblərini əsasən neytrallaşdırmışdı. Bu görüş ona ölkə daxilində öz siyasi-hüquqi planlarını həyata keçirmək üçün yaxşı fürsət oldu. Qərb və Rusiya ilə münasibətlərinə xələl gəlmədən, Azərbaycanla hərbi-siyasi gərginlikdə olmadan öz ölkəsində prosesləri davam etdirməyə nail olacaq”.

Görüşün pərdəarxasına toxunan Nəsimi Məmmədli Dilqəm və Şahbazın Azərbaycana təhvil verilməsini də istisna etməyib:

"Görüşdə İ.Əliyev və N.Paşinyan arasında 2 saat təkbətək, 1 saat isə ATƏT həmsədrlərinin iştirakı ilə müzakirə olunan məsələlərin təfərrüatları ictimaiyyətə aydın olmasa da, bəzi ehtimallar var.

"Xalqlarının sülhə hazırlanması” tezisi Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlığa səbəb olmuşdu. Cəmiyyət haqlı olaraq indiki situasiyada bu tezisin ölkəmizə zərərli olduğunu düşünürdü. Son danışıqlarda tərəflərin bu məsələyə anlaşıqlı yanaşması və o yöndə işlərin aparılmasına razılaşması ölkəmiz üçün uğursuzdur.

Azərbaycan tərəfi üçün təsəlli sayıla biləcək məsələ budur ki, danışıqların formatı dəyişilməz qalıb. Yenə də danışıqlar ATƏT vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında aparılacaq və "Dağlıq Qarabağ” danışıqlarda tərəf kimi iştirak etməyəcək. Həmçinin, prinsipcə substantiv danışıqlar formatı da gündəmdədir.

Eyni zamanda danışıqların humanitar aksiyalarla dəstəklənməsi barədə də müəyyən razılıq olub. Çox güman ki əsir və girovların aqibəti, onların dəyişdirilməsi və ya azad edilməsi, habelə, Dilqəm və Şahbazın Azərbaycana təhvil verilməsi kimi məsələlər ətrafında razılaşmaların olduğu istisna edilmir”.

Sonda politoloq qeyd edib ki, hazırkı yerli və regional reallıqlarda mövcud status-kvonun davam etməsi hər iki hakimiyyətləri qane edir.
Səxavət Məmməd



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol