• $
  • €
  • ₽
  • ₺
  • £

"Çox adam lazım deyil, bircə batalyon lazımdır ki, Kəlbəcərə girim amma..."

"Çox adam lazım deyil, bircə batalyon lazımdır ki, Kəlbəcərə girim amma..."
02.04.2019 13:44
Anews.az modern.az-a istinadən jurnalist Orxan Əlinin "Kəlbəcərli topçunun "gözləyən" topları" yazısını təqdim edir.   

Təxminən 4-5 il əvvəl Azərbaycanın ən yüksək nöqtələrindən birində yerləşən postda əsgərlərlə görüşə getmişdik. Keçilməz dağlardakı daşlı cığırlarla 2 saatdan çox yol gedəndən sonra posta çatdıq. Buranın bir özəlliyi var idi. Dağlar arasında yerləşən postla üzbəüz Kəlbəcər rayonunun ərazisi idi. İki uca sıldırımlı qayaları olan dağları eni 300-400 metr olan yarğan ayırırdı.

İşğal altında olan Vətən torpağının qoxusunu doyunca içimə çəkib nəfəs aldım. Bir anlıq xəyala daldım... Qarşı tərəfdə bizi illərdir gözləyən torpağın həsrəti və mənim hicran dolu baxışlarımın apardığı xəyallardan ayrılmağıma səbəb "hər gün mən də dayanıb baxıram" sözləri ayırdı.

4-6 metr aralıda əynində hərbi forma, təxminən 40-45 yaşında bir hərbçi dayanmışdı. Üzündən mərdlik, cəsarət və mübarizə əzmi duyulan kişi mənə yaxınlaşdı.

"Baxdığın yerlər mənim doğulduğum torpaqlardır. Hər daşında, qarışında xatirələrim olan Vətənimdir. Hər gün burda durub həsrətlə baxıram. 20 ildir baxıram... ".

Onun gözlərindəki parıltıda qələbə əzmini duydum. O qədər cəsarətli danışırdı ki, bir anlıq içimdən "bu insan bəsdir mənə, elə bununla Qarabağa gedə bilərəm" dedim. O isə sözlərinə davam edirdi: "Bax, o təpələrin üstündəki topları görürsən. Onları mən qurmuşam. Gözləyirəm. Bircə əmr gəlsə, 1 saata Vətəndə olaraq. O topların hamısı qarşıdakı mövqeləri bir göz qırpımında dağıdacaq. Ardı isə heç... Mən o cığırları gözüyumulu keçərəm. Hamısını bilirəm. Çox adam lazım deyil, bircə batalyon lazımdır ki, Kəlbəcərə girim. Amma...".

O, susdu. Gözündə iki damla yaş parıldadı. Bir anlıq dönüb təpənin üstündəki toplara baxdı və getdi.

P.S. Ətrafa bir səssizlik çökdü sanki. Amma bir anlıq qulağıma top səsinin gurultusu gəldi. Sanki 20 ildir gözləyən toplar artıq öz komandirinin bu sözlərindən sonra susmaq istəmirdi. Atəş açırdı... "Vaxtdır, qayıdırıq" sözləri məni bu xəyallardan da ayırdı. Yenə ətrafa səssizlik çökdü. Gedəndə dönüb illərdir gözləyən toplara baxdım. "İnşallah, darıxmayın, yaxında arzunuza çatar, bizi də çatdırarsınız" deyə pıçıldadım...


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol