• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin 2 aprel bəyanatında diqqət cəlb edən - MÜHÜM MƏQAMLAR

Prezidentin 2 aprel bəyanatında diqqət cəlb edən - MÜHÜM MƏQAMLAR
03.04.2019 15:48
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında diqqəti cəlb edən xeyli mühüm məsələlər var.

Bunlardan birincisi ondan ibarətdir ki, Vyana görüşündən dərhal sonra prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü və və danışıqlar masasında öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu.

Ancaq Vyana görüşündən sonra Ermənistanın baş nazirinin haraya telefon açdığına diqqət etsək, görəcəyik ki, bu şəxs xalqına və ordusuna deyil, elə zəng etdiyi mərkəzlərə arxalanır.

Bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət deyil, forpostdur, kiminsə hərbi bazası statusunda olan bir subyektdir, elə danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir. 

"İkinci mühüm məsələ ondan ibarətdir ki, Ali Baş Komandan bir daha bildirdi ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.



Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir, əslində, işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər.

Yəni Ermənistanın danışıqlar prosesini imitasiya, yaxud manipulyasiya etmək cəhdlərinə Azərbaycan sona qədər dözmək fikrində deyil və öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır”, - deyən millət vəkili qeyd edib ki, üçüncü mühüm ismarıc isə Ermənistan-Azərbaycan münaqişəsi tarixində digər bütün faktorlarla bərabər, Aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi.

"Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad ediblər. 



Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti var. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür.

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər.

Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altında olsa da, Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər.



Buna Ali Baş Komandanın siyasi iradəsi və güclü ordumuzun hərbi gücü çatar. Və nəhayət, prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”, - deyə millət vəkili əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol