• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Əliyevi görən kimi nələri unutdu? - Marqaryan Vyana gizlinlərini açdı

Paşinyan Əliyevi görən kimi nələri unutdu? - Marqaryan Vyana gizlinlərini açdı
05.04.2019 11:54
Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxdı.

Publika.az xəbər verir ki, erməni jurnalist Ruben Marqaryan "Ermənistanın səsi” qəzetində dərc olunan məqaləsində Paşinyanı geri çəkilməkdə günahlandırıb. 

"Bizim baş nazirimiz əvvəlcə bu və ya digər məsələdə mövqeyini qəti şəkildə bildirir, lakin sonra bu qəti mövqe qəfil yoxa çıxır və prinsipial bəyanatların verilməsi vaxtı başqa mövzulardan danışır. Əliyevlə Vyanada keçirilən görüşdə də Paşinyan eyni formada davrandı. O, görüşdən əvvəl təntənəli sürətdə elan etdi ki, Vyanada ilk olaraq Dağlıq Qarabağ hakimiyyətinin bilavasitə danışıqlarda iştirakı məsələsini qaldıracaq, daha sonra Minsk qrupu tərəfindən elan edilmiş üç əsas prinsip və nizama salmanın altı elementinin izahını tələb edəcək. Görüşdən öncə Paşinyan belə danışırdı, lakin görüş başa çatdı və heç kim Vyanada iki saat ərzində onun Əliyevlə nə danışdığını, əvvəldən elan etdiyi tələbləri səsləndirdiyini bilmir. Lakin görüşdən sonra Minsk qrupunun bəyanatından aydın olur ki, nə Qarabağın danışıqlarda iştirakı, nə də nizama salma elementləri ilə bağlı izahat tələbi səsləndirilib. Paşinyan sadəcə bildirdi ki, "görüş normal keçdi”. İlham Əliyev isə görüşdən sonra bəyan etdi ki, danışıqlar bundan sonra da ikitərəfli formada davam edəcək, nizama salmanın əsas prinsiplərinə gəlincə, Bakının mövqeyi dəyişmədi, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Paşinyan bundan incidi, guya o, iki saat ərzində başqa şeydən danışıb, Əliyev başqa şey haqqında danışır. "Facebook”da canlı yayıma çıxan baş nazir bildirdi ki, "udmaq, yaxud uduzmaq haqqında danışmaq doğru deyil, bu yanaşma köhnəlib”. O, qeyd etdi ki, görüşdə Qarabağın danışıqlarda iştirakı məsələsi qaldırılıb, lakin heç bir nəticə verməyib. Amma bu məsələni bundan sonrakı görüşlərdə də qaldıracaq. Üç prinsip, altı element məsələsində gəlincə Paşinyan bunun böyük məsələ olduğunu, yalnız bir görüşdə müzakirə edilib həll olunmasının mümkünsüz olduğunu bəyan etdi. Hərçənd, o görüşdən əvvəl başqa, görüşdən sonra isə başqa sözlər danışır və bu onun Vyanada məğlub olduğunu təsdiqləyir. Görünür, baş nazirimiz Əliyevi görən kimi qəti mövqeyini unudub”, - deyə müəllif qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol