• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”

Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”
07.04.2019 12:29
"Biz belə bir məsələ qaldıracağıq ki, qanunvericilik təşəbbüsü üçün 40 min imza toplayaq, partizan hərəkatı haqqında Milli Məclisə qanun layihəsi verək. Məqsədimiz odur ki, həmin qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra qəbul olunsun”.


Qaynarinfo xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu"Hürriyyət”ə müsahibəsində deyib. O, bildirib ki, iqtidar özü bilər nə danışıqlar aparırsa aparsın, lakin Azərbaycan xalqı olaraq Konstitusiya və beynəlxalq hüquqa əsasən öz torpaqlarımızı erməni işğalından azad edək: "Çünki bizim başqa yolumuz qalmayıb. Azərbaycan xalqı bilməlidir ki, bu danışıqlarda Qarabağı addım-addım ermənilərə vermək siyasəti aparılır. Yəni ermənilər torpaqları alır və bizim tərəfi də verməyə məcbur edir. 


Tonoyan açıq şəkildə deyir ki, biz müharibə edib əlavə əraziləri işğal edəcəyik, Bakıya qədər gələcəyik, Azərbaycan hökuməti isə atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı hansısa sazişə imza atır. İqtidar guya öz aləmində böyük bir siyasət aparır. Beləliklə, artıq Azərbaycan xalqı başa düşməlidir ki, bizim hökumətin Dağlıq Qarabağı erməni işğalından azad etmək fikri yoxdur, Rusiya buna imkan vermir. Onu da qeyd edim ki, Kremlin bizim hökumətin üzərində çox böyük təsiri, basqısı var. Azərbaycan hökuməti isə daxildə yanlış siyasət apardığına görə, xalqdan da qorxur. Ona görə də təslimçi siyasət aparır. Burdan da görünən odur ki, öz maraqları naminə xalqın və dövlətin strateji maraqlarını qurban vermək siyasəti aparılır. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın bəyanatına dərhal sərt formada alternativ cavab verməli idi”.


S. Cəlaloğlu deyib ki, Azərbaycan xalqı bilməlidir ki, Dağlıq Qarabağ məsələsində kifayət qədər təhlükəli məqama gəlib çıxmışıq. Ona görə də işğal altındakı torpaqlarımızı azad etmək üçün rəsmi şəkildə deyil, qeyri-rəsmi şəkildə azad etməyə hazırlaşmalıyıq: "Bunu qanunvericiliklə həll etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan xalqı partizan hərəkatına başlamalıdır. Qeyd etdiyim kimi, bu yaxınlarda imza toplayıb təşəbbüs qaldıracağıq ki, Qarabağın azad edilməsi məqsədiylə partizan hərəkatının, o cümlədən könüllülərdən ibarət hərbi hissələrin yaradılması ilə bağlı qanun qəbul edilsin. Bir çox ölkələrdə bu cür rezerv ordular var ki, onlar rəsmi ordu deyil, lakin ehtiyac yarandıqda aktiv savaşa qatılırlar. Bu halda, nədən Azərbaycanda da könüllülər ordusu olmamalıdır?! Bir önəmli məqamı da qeyd edim ki, dünya təcrübəsi də göstərir ki, rəsmi orduların görə bilmədiyi işləri partizan hərəkatları görə bilir. Odur ki, artıq biz də partizan hərəkatına başlamalıyıq. Bunun başqa yolu yoxdur”.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol