İsa Qəmbər Müsavat başqanı kimi sonuncu mətbuat konfransını keçirdi

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın VIII qurultayı öncəsində bu vəzifədə sonuncu mətbuat konfransını keçirib.
APA-nın məlumatına görə, İsa Qəmbər qeyd edib ki, sabahkı qurultay Müsavat üçün önəmli hadisə olacaq. O, qurultayda ötən dövrdəki fəaliyyətin müzakirə olunacağını, Nizamnamədə müəyyən dəyişikliklər ediləcəyini deyib: “Eyni zamanda partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək”.İsa Qəmbər xatırladıb ki, partiyanın Nizamnaməsinə əsasən Müsavat başqanı ardıcıl iki dəfədən artıq seçilə bilməz və buna görə də qurultayda yeni başqan seçiləcək. Xatırladaq ki, partiyanın qurultayı sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























