• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ordusu külə çevriləcək və... - Düşmən üçün DƏHŞƏTLİ SSENARİ

Ermənistan ordusu külə çevriləcək və... - Düşmən üçün DƏHŞƏTLİ SSENARİ
09.04.2019 12:49
"Ermənistanın siyasi və hərbi rəhbərliyi son zamanlar o qədər ziddiyyətli, bir-birini təkzib edən bəyanatlar verir ki, adamın özünün bunlara vaxt sərf etməyə heyfi gəlir".

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi öz daxilində hələ münaqişə ilə bağlı ortaq məxrəcə gələ bilməyib: "Baş nazir deyir ki, danışıqlarda üçüncü tərəf iştirak etməlidir, müdafiə naziri deyir ki, ordu müharibəyə hazırlaşır. Daha sonra Vyanada Azərbaycan tərəfinin mövqeyi ilə razı olduqlarını bildirirlər. Sabahı gün müdafiə naziri Amerikada səsləndirdiyi sərsəm bəyanatını təkzib edir. Jurnalistlərlə görüşündə sülhdən danışır. Ermənistanın müdafiə naziro David Tonoyan əvvəl gedib hərb eliminin bəsit detallarını öyrənsin, sonra gəlib Azərbaycana hədə-qorxusunu edər. Azərbaycanda çox gözəl bir məsəl var: Keçinin əcəli çatanda çobanın çomağına sürtünər.Azərbaycan bu dəqiqə elə bir vəziyyətdədir ki, öz əsgərləri ilə bərabər Tonoyanın külü belə qalmaz. Bu, elə-belə, pafoslu sözlər də deyil. Onun özü də bilir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücü nə yerdədir. Onlar bütün bunları bildikləri halda, əlbəttə, etiraf etməyəcəklər ki, orduları bizimkindən zəifdir. Yağmasalar da guruldayırlar. Bu gün Azərbaycan ordusunun əsəbləri ilə oynamaq lazım deyil. Ordumuz, sadəcə olaraq, Ali Baş Komandana tabe olduğu üçün dözüm göstərir. Amma bunun da bir sərhədi var. O sərhəd o qədər də uzaqda deyil. Çünki 20 ildən artıqdır ki, bu bayquşlar özlərini çox ağıllı hesab edərək beynəlxalq hüquq normalarını tanımırlar”.

Hərbi ekspert ATƏT-in Minsk Qrupunun Ermənistanın nazı ilə oynadığını qeyd edib.

"Tonoyan Ermənistanın müdafiə naziridir, adi vətəndaşı deyil. Amerikada bəyanat verir ki, biz Azərbaycanın yeni ərazilərini işğal edəcəyik. Fikir verin, görün üstündən neçə gün keçdi? ATƏT-dən zərrə qədər hərəkət, bir bəyanat yoxdur. Amma Azərbaycan bir balaca bəyanat səsləndirən kimi, Rusyar, ABŞ və Fransadan səs gəlir. Beynəlxalq hüquq və normalar var. Ona Amerika da, Cibuti də tabedirlər. Onlar BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymurlarsa, özlərinə hörmət etmirlərsə, 2016-cı ilin aprelində baş verən hadisələrin eynisini yaxın zamanlarda tamaşa edəcəklər. Ona görə də Tonoyanın belə hədə-qorxu gəlməsinə əhəmiyyət vermək lazım deyil. O, hansı Azərbaycan ərazisinin işğal ediləcəyindən danışır? Biz ona məmnuniyyətlə görmək istədiyi mənzərəni yaşadacağıq. O ki qaldı Azərbaycanın işğal olunmuş ərazilərinə, Ermənistan tam arxayın olsun ki, Azərbaycanın müasir silahları onların külünü göyə sovurmağa bəs edəcək. Tonoyanı, Sərkisyanı, Koçaryanı və digər "yanları" Azərbaycan elə yandıracaq ki, onların ağlı başlarına gələcək. Çünki onlar hələ Moskvanın eyforiyasındadırlar. Moskva da hələlik, odla oynayır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol