• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda Ermənistana dəhşət yaşadacaq gediş - Azərbaycan B planını İŞƏ SALIR

Qarabağda Ermənistana dəhşət yaşadacaq gediş - Azərbaycan B planını İŞƏ SALIR
11.04.2019 09:12
"Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Hələ ki, bu müharibədə son nöqtə qoyulmayıb. Müharibəyə paralel olaraq, ölkələr arasında həm də informasiya qarşıdurması var. Düşmən çalışır ki, Azərbaycana güclü tərəf kimi psixoloji təsir göstərsin. Özünün zəif olduğunu bu yolla ört-basdır edir”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Ermənistanın siyasi dairələrinin son günlər səsləndirdiyi ziddiyyətli bəyanatlara Azərbaycan tərəfinin tutarlı və qətiyyətli reaksiya verməsindən danışan politoloq bildirib ki, son günlər həm xarici işlər, həm də müdafiə nazirlərinin bu dueldə iştirakı onu göstərir ki, prinsip etibarilə, tərəflər vəziyyətin ağırlaşdığını dərk edirlər:

"Bu, ilk növbədə, Ermənistana daha çox şamil olunmalıdır. Çünki Ermənistan siyasi prosesin pozulmasında, onun iflic vəziyyətə düşməsində birbaşa günahkardır. Əgər Ermənistanın, həqiqətən də, bir az ağlı olsaydı, bu yoldan geri qayıdardı. Tutduğu mənfur mövqedən əl çəkərdi. Lakin belə bir addım atılmır. Niyə? Çünki onlar üçün Dağlıq Qarabağ münaqişəsi, sözün əsl mənasında, həlli tapılmayan dilemmaya çevrilib. Digər tərəfdən iqtisadi vəziyyətləri iflic olduğu üçün çalışırlar ki, heç olmasa, bu zəmində öz durumlarını düzəltsinlər. Dünya birliyinə qayıtsınlar. Çünki Ermənistan, həqiqətən, bir dövlət kimi mövcuddursa, onların dəst-xətti müşahidə olunmalıdır. Bu situasiya özü-özlüyündə nadir ələ düşər. Bir yandan dövlət var, xalq mövcuddur, digər tərəfdən isə bu xalqın dünya səviyyəsində nə rolu, nə bir addımı yoxdur. Ona görə də onlar Dağlıq Qarabağ problemini ortaya atmaqla, kiçik taktiki üstünlüyü ələ almağa çalışırlar. Lakin bu taktiki üstünlüyü strateji üstünlüyə çevirmək artıq mümkünsüzdür. Çünki qarşıdurmada qüvvələr nisbəti çoxdan dəyişilib. Ermənistan zəif dövlət olmaqla yanaşı, ordu quruculuğunda da uğursuzluğa düçar olub. Digər tərəfdən, Azərbaycanın artan imkanları onları olduğundan da çox pis vəziyyətə salır. Bu zəmində nazirlərin dueli, söz mübarizəsi onu göstərir ki, Ermənistan tərəfi vəziyyəti necə ağırlaşdırdığını anlayır. Azərbaycan da çox gözəl anlayır ki, artıq qarşısındakının dərsini vermək lazımdır. Bu dərsin nəticəsi isə bizdə heç bir şübhə doğurmur. Baxmayaraq ki, ermənilər hap-gopla, səs-küylə çalışırlar özlərinə bəraət qazandırsınlar, Azərbaycanın bu məsələdə üstünlüyü danılmazdır. Belə başa düşürəm ki, müdafiə naziri Zakir Həsənovun bəyanatları daha çox təəssürat doğurur. İrəvanda təşvişə səbəb olur. Bununla həm də beynəlxalq səviyyədə bəlli olur ki, Azərbaycan artıq B planını həyata keçirməyə hazırdır”.

Qeyd edək ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırıb. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Vyana görüşündən sonra Prezident İlham Əliyev "müharibə hələ bilməyib” bəyanatı verib. Ardınca müdafiə naziri Zakir Həsənov bildirib ki, "əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub.

Ermənistan mediası artıq bir neçə gündür "Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, "Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol